22 Noyabr 2020, Bazar
22 iyl 2021, 21:36 | Gündəm / Siyasət
“Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər”


“Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər”

 


Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmasına, Azərbaycana isə heç bir vəsait ayrılmamasına münasibət bildirib.

Dövlət başçısı bu mövqeyi ədalətsiz adlandıraraq deyib: "Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir”.

Azərbaycan Prezidenti qeyd edib ki, 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. "Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Nizam Osmanov Müdafiə nazirinin müavini təyin EDİLDİ 23 iyl 2021, 19:20 Prezident 4 generalı yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM 23 iyl 2021, 19:09 Azərbaycanda son sutkada koronavirusa yoluxma kəskin artdı - FOTO 23 iyl 2021, 18:59 Prezident Baş Qərargah rəisinin müavinini İŞDƏN ÇIXARDI - FOTO 23 iyl 2021, 18:25 “Şərqi Zəngəzur qərbə doğru genişlənəcək? Bakı və Moskvadan siqnallar” - VİDEO 23 iyl 2021, 17:56 Düşməndən növbəti TƏXRİBAT - Kəlbəcərdə hərbi qulluqçumuz şəhid oldu 23 iyl 2021, 17:38 Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi 23 iyl 2021, 17:11 İlham Əliyevdən yeni səfir təyinatları - Yenilənib 23 iyl 2021, 17:02 Hərbçiləri şantaj edən şəxslər barəsində cinayət işi açıldı 23 iyl 2021, 14:04 İlham Əliyev 4 qanunu TƏSDİQLƏDİ 23 iyl 2021, 13:43 Makronu qorxuya salan "cəsus proqram" AZƏRBAYCANDA 23 iyl 2021, 13:25 İlham Əliyev Çin liderinə başsağlığı verdi 23 iyl 2021, 12:41 Sabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB 23 iyl 2021, 12:11 “La Croix”: “Ermənistanın təcrid olunmuş vəziyyətdən çıxmaq, Fransanın isə imicini bərpa etmək şansı var” 23 iyl 2021, 11:48 Avqustda məhdudiyyətlər olacaq? - AÇIQLAMA + VİDEO 23 iyl 2021, 11:18 Azərbaycan nazirlərinin Rusiya ixracatçıları ilə görüşü - CANLI YAYIM 23 iyl 2021, 10:54 Ölüm xəbəri yayılan Nəcməddin Sadıqov DANIŞDI 23 iyl 2021, 10:17 Prezidentin Xankəndi ilə bağlı çıxışının - Videosu 23 iyl 2021, 09:58 “Mən bu məsələni həll etmişəm, vəssalam!” 23 iyl 2021, 09:30 İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi 23 iyl 2021, 08:59 Bu xətalara görə cərimə ödəniləcək - Sürücülərin nəzərinə 23 iyl 2021, 08:47 “Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər” 22 iyl 2021, 21:36 Prezident Gəncədə ermənilərin raket atdığı əraziyə getdi 22 iyl 2021, 21:04 Rövnəq Abdullayev işdən azad olunan vitse-prezidentlərlə görüş keçirib 22 iyl 2021, 20:52 Əhməd İsmayılov jurnalistlərə müraciət etdi 22 iyl 2021, 20:33