22 Noyabr 2020, Bazar
22 iyl 2021, 18:45 | Gündəm / Siyasət
“Artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb” - İlham Əliyev


“Artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb” - İlham Əliyev

 


"Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

"Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür”, - deyə dövlət başçısı bildirib.

Sənaye istehsalının 0,3 faiz azaldığını qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, OPEC+ razılaşmasının yerinə yetirilməsidir: "Bilirsiniz ki, biz hasilatı azaltmışıq və necə deyərlər, bu versiyanı təsdiqləyən digər göstəriciyə diqqətinizi cəlb etmək istərdim. Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Bugünkü bu açılış və görüləcək digər işlər qeyri-neft sektorunun sənaye potensialını daha da artıracaq. Çünki 16,6 faiz artım olub, mən bilmirəm hansı başqa ölkədə buna rast gəlmək olar”.

Azərbaycan-Belarus iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqlənib 23 iyl 2021, 19:45 Nizam Osmanov Müdafiə nazirinin müavini təyin EDİLDİ 23 iyl 2021, 19:20 Prezident 4 generalı yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM 23 iyl 2021, 19:09 Azərbaycanda son sutkada koronavirusa yoluxma kəskin artdı - FOTO 23 iyl 2021, 18:59 Prezident Baş Qərargah rəisinin müavinini İŞDƏN ÇIXARDI - FOTO 23 iyl 2021, 18:25 “Şərqi Zəngəzur qərbə doğru genişlənəcək? Bakı və Moskvadan siqnallar” - VİDEO 23 iyl 2021, 17:56 Düşməndən növbəti TƏXRİBAT - Kəlbəcərdə hərbi qulluqçumuz şəhid oldu 23 iyl 2021, 17:38 Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi 23 iyl 2021, 17:11 İlham Əliyevdən yeni səfir təyinatları - Yenilənib 23 iyl 2021, 17:02 Hərbçiləri şantaj edən şəxslər barəsində cinayət işi açıldı 23 iyl 2021, 14:04 İlham Əliyev 4 qanunu TƏSDİQLƏDİ 23 iyl 2021, 13:43 Makronu qorxuya salan "cəsus proqram" AZƏRBAYCANDA 23 iyl 2021, 13:25 İlham Əliyev Çin liderinə başsağlığı verdi 23 iyl 2021, 12:41 Sabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB 23 iyl 2021, 12:11 “La Croix”: “Ermənistanın təcrid olunmuş vəziyyətdən çıxmaq, Fransanın isə imicini bərpa etmək şansı var” 23 iyl 2021, 11:48 Avqustda məhdudiyyətlər olacaq? - AÇIQLAMA + VİDEO 23 iyl 2021, 11:18 Azərbaycan nazirlərinin Rusiya ixracatçıları ilə görüşü - CANLI YAYIM 23 iyl 2021, 10:54 Ölüm xəbəri yayılan Nəcməddin Sadıqov DANIŞDI 23 iyl 2021, 10:17 Prezidentin Xankəndi ilə bağlı çıxışının - Videosu 23 iyl 2021, 09:58 “Mən bu məsələni həll etmişəm, vəssalam!” 23 iyl 2021, 09:30 İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi 23 iyl 2021, 08:59 Bu xətalara görə cərimə ödəniləcək - Sürücülərin nəzərinə 23 iyl 2021, 08:47 “Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər” 22 iyl 2021, 21:36 Prezident Gəncədə ermənilərin raket atdığı əraziyə getdi 22 iyl 2021, 21:04 Rövnəq Abdullayev işdən azad olunan vitse-prezidentlərlə görüş keçirib 22 iyl 2021, 20:52