22 Noyabr 2020, Bazar
22 iyl 2021, 09:00 | Gündəm / Sosial
Sentyabrda karantin sərtləşdiriləcək? - AKTUAL


Sentyabrda karantin sərtləşdiriləcək? - AKTUAL

 


Fransada pandemiyanın 4-cü dalğası başlayıb. Bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Atal deyib: "Biz koronavirus pandemiyasının 4-cü dalğasına qədəm qoyuruq. Hazırda yayılma sürəti əvvəlki mərhələlərə nisbətən daha yüksəkdir. Bir həftə ərzində koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb. İndi hər gün təxminən 10 min yeni yoluxma qeydə alınır.” Onun sözlərinə görə, yeni yoluxma hallarının 80 faizi "Delta” ştammıdır. Almaniyada da koronavirusun 4-cü dalğası gözlənilir. Böyük Britaniyada isə ötən gün 39 mindən artıq yoluxma qeydə alınıb ki, bu, yanvar ayından bu yana rekord rəqəmdir. Azərbaycanın qonşuları Rusiya, Gürcüstan və Türkiyədə də "Delta” ştammına yoluxma sayı artır.

Bütün bunlar Azərbaycanda söz-söhbətlərin yayılmasına səbəb olub ki, yay tətilindən sonra – sentyabr ayında karantin rejimi yenidən sərtləşdiriləcək. Xüsusən sahibkarlar ciddi narahatdır ki, yenidən qapanmalar olsa, bu dəfə birdəfəlik batacaqlar.

Baş nazir Əli Əsədovun bu gün Operativ Qərargahın geniş tərkibdə keçirilən respublika müşavirəsində söylədikləri də diqqəti cəlb edir. Ə. Əsədov şənlik mərasimlərində qaydalara əməl olunmamasından şikayətlənib:

"Qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbi tətbiq olunmur. Oxşar hallar respublikanın başqa şəhər və rayonlarında da müşahidə olunmaqdadır. Belə mənfi halların nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur”.

Baş nazir vurğulayıb ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Monitorinqin nəticələri, vətəndaşların çoxsaylı müraciətləri və yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Press Klub”a açıqlamasında ölkəmizdə vəziyyətin hələlik pis olmadığını söylədi:

"Bizdə bir çox qadağalar götürülüb, toylar artıq keçirilir, normal həyata qayıtmışıq. Amma yeni yoluxanların sayı 256-ya çatıb və 300-ə qədər qalxa bilər. Sağalanların sayı da kifayət qədərdir. Azərbaycandakı səhiyyə ocaqlarında 55-60 minə qədər çarpayı var ki, xəstələr daha da artarsa, insanları orada yerləşdirib, mülaicə etmək olar. Rəqəmlər öz-özlüyündə baş verəcəkləri təhlil etməyə imkan verir. Gürcüstanda yoluxanların sayı ölkəmizlə müqayisədə 10-15 dəfə çoxdur. Orada qadağaların çoxunu aradan qaldırıblar. Bizdə vəziyyət Operativ Qərargahın verəcəyi qərardan asılıdır. Dövlətin xüsusi addımları və tədbirləri nəticəsində hazırda vəziyyət o qədər də pis deyil. Amma nədənsə vətəndaşlar mənə yaxınlaşaraq qapanmaların olub-olmayacağı barədə sual verirlər. Axı, bu dezinformasiyaları kimdən və haradan alırlar?! Niyə insanların əlini iş-gücdən soyudurlar?! Qapanmalara hələ ki ehtiyac yoxdur. Rəqəmlər obyektiv rəqəmlərdir. Təbii ki, bir çox məsələ vətəndaşların özündən asılıdır. Məsələn, 150 nəfərlə toy keçirilməsinə icazə verilib, amma toy sahibləri 300 nəfər qonaq dəvət edir. Bir çox yerlərdə hamı bir-birinin "ağzının içindədir”, maskadan da istifadə etmirlər. Əlbəttə, bununla da yoluxmalar sayı artacaq”.

Deputatın sözlərinə görə, yoluxmaların qarşısının alınmasında vaksinasiyanın rolu az deyil:

"Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 357 839, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 581 000, ikinci mərhələ üzrə sayı isə 1 776 839 nəfər təşkil edir. İlin sonuna qədər 80-90 faiz əhalinin peyvənd olunacağını düşünürəm. Vaksinasiya genişləndikcə, yoluxanların sayı da azalır. Ona görə də qorxulu nəyinsə olacağına inanmıram”.

R. Quliyev deyir ki, dövlət sahibkarlığa kifayət qədər şərait yaradır:

"Sahibkarların işləməsi dövlətin marağındadır. Biri var ki, dövlət öz hesabından sahibkarları saxlasın, maaş versin, biri də var ki, sahibkarlar özləri özlərini saxlayır, üstəgəl, dövlətin büdcəsinə vergi də verirlər. Ona görə də insanlar panikaya düşməsin. Bu rəqəmlərlə heç bir qapanmaya ehtiyac yaranmayacaq. Qapanmaya gediləcəyi barədə xəbər yayan insanlar təxribatla məşğuldur. Bu cür təxribatların da sonu yaxşı olmur”.

İqtisadçı ekspert Rəşad Həsənov "Press Klub”a şərhində yeni qapanmaların olacağı təqdirdə, dövlət tərəfindən daha əhatəli tədbirlərin görüləcəyinə inanmır:

"Çünki hökumət hətta indiki ilə müqayisədə maliyyə vəziyyətinin daha yaxşı olduğu 2020-ci ilin əvvəllərində belə bir mövqe ortaya qoymadı, məsələlərə mümkün qədər konservativ yanaşdı. Əgər yeni qapanmalar olarsa, hökumət ən yaxşı halda 2020-ci ildə pandemiyadan zərər görmüş sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş müəyyən güzəştləri edəcək. Buraya vergi güzəştlərini daxil edəcəklərini isə düşünmürəm. Çünki ilin yarsından çoxu gedib və yeni dəyişikliklərin edilməsi müzakirə tələb edir. Birbaşa maliyyə dəstəyi çərçivəsində müyyən subsidiyaların verilməsi ehtimalı gündəmə gələ bilər. Mərkəzi Bank kommersiya banklarına yenə də hansısa formada borclarla bağlı müvəqqəti requlyativ güzəştlər verə bilər ki, onlar sahibkarlıq subyektləri üzərində təzyiqi azaltsınlar. Mənim fikrimcə, yeni qapanma olacağı halda, hökumətin ən yaxşı halda atacağı addımlar bundan ibarət olacaq”.

Azərbaycan-Belarus iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqlənib 23 iyl 2021, 19:45 Nizam Osmanov Müdafiə nazirinin müavini təyin EDİLDİ 23 iyl 2021, 19:20 Prezident 4 generalı yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM 23 iyl 2021, 19:09 Azərbaycanda son sutkada koronavirusa yoluxma kəskin artdı - FOTO 23 iyl 2021, 18:59 Prezident Baş Qərargah rəisinin müavinini İŞDƏN ÇIXARDI - FOTO 23 iyl 2021, 18:25 “Şərqi Zəngəzur qərbə doğru genişlənəcək? Bakı və Moskvadan siqnallar” - VİDEO 23 iyl 2021, 17:56 Düşməndən növbəti TƏXRİBAT - Kəlbəcərdə hərbi qulluqçumuz şəhid oldu 23 iyl 2021, 17:38 Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi 23 iyl 2021, 17:11 İlham Əliyevdən yeni səfir təyinatları - Yenilənib 23 iyl 2021, 17:02 Hərbçiləri şantaj edən şəxslər barəsində cinayət işi açıldı 23 iyl 2021, 14:04 İlham Əliyev 4 qanunu TƏSDİQLƏDİ 23 iyl 2021, 13:43 Makronu qorxuya salan "cəsus proqram" AZƏRBAYCANDA 23 iyl 2021, 13:25 İlham Əliyev Çin liderinə başsağlığı verdi 23 iyl 2021, 12:41 Sabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB 23 iyl 2021, 12:11 “La Croix”: “Ermənistanın təcrid olunmuş vəziyyətdən çıxmaq, Fransanın isə imicini bərpa etmək şansı var” 23 iyl 2021, 11:48 Avqustda məhdudiyyətlər olacaq? - AÇIQLAMA + VİDEO 23 iyl 2021, 11:18 Azərbaycan nazirlərinin Rusiya ixracatçıları ilə görüşü - CANLI YAYIM 23 iyl 2021, 10:54 Ölüm xəbəri yayılan Nəcməddin Sadıqov DANIŞDI 23 iyl 2021, 10:17 Prezidentin Xankəndi ilə bağlı çıxışının - Videosu 23 iyl 2021, 09:58 “Mən bu məsələni həll etmişəm, vəssalam!” 23 iyl 2021, 09:30 İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi 23 iyl 2021, 08:59 Bu xətalara görə cərimə ödəniləcək - Sürücülərin nəzərinə 23 iyl 2021, 08:47 “Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər” 22 iyl 2021, 21:36 Prezident Gəncədə ermənilərin raket atdığı əraziyə getdi 22 iyl 2021, 21:04 Rövnəq Abdullayev işdən azad olunan vitse-prezidentlərlə görüş keçirib 22 iyl 2021, 20:52