22 Noyabr 2020, Bazar
21 iyl 2021, 17:35 | Gündəm / Siyasət
“Zəngəzur dəhlizinin açılması Ermənistana hava-su kimi lazımdır” - RƏY


“Zəngəzur dəhlizinin açılması Ermənistana hava-su kimi lazımdır” - RƏY
"Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüş məhsuldar oldu. Görüşdə ikitərəfli münasibətlərin, regional məsələlərin geniş aspektdə fikir mübadiləsi aparıldı”.

Bu fikirləri "Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.

Onun sözlərinə görə, görüşdə iki ölkənin iqtisadi əlaqələrinin bu günü və perspektivləri, pandemiya ilə mübarizə və əməkdaşlıq məsələləri diqqətdə olub:

"Səfərin mərkəzi hadisəsi postmüharibə dövrünün reallıqları və bu kontekstdə tərəflərin ortaq mövqeyi idi. Postmüharibə dövrü ilə bağlı həm Azərbaycan, həm də Rusiya prezidentinin ortaq mövqedən çıxış etdiyi bir daha təsdiqini tapdı. Görüşdə regionda məhz əməkdaşlıq mühitinin formalaşması, eləcə də Ermənistan və Azərbaycan arasında əməkdaşlığın qurulması, həm də bu nöqteyi-nəzərdən kommunikasiyaların bərpası ətrafında fikir irəli sürüldü”.

E.Nəsirov bildirib ki, görüşdə Zəngəzur dəhlizinin açılması məsələsində də hər iki tərəfin eyni yanaşmadan çıxış etməsi öz təsdiqini tapdı:

"Təbii ki, bu məsələdə tək Rusiya deyil, həmçinin İran, Türkiyə və Gürcüstan da bizi dəstəkləyir. Belə olan vəziyyətdə hər şey Ermənistanın davranışından asılıdır. Çünki Ermənistan üçün Zəngəzur dəhlizinin açılması ona hava-su kimi lazımdır. Bu, onun blokadadan çıxması, eləcə də İran və Rusiya ilə Azərbaycan ərazisindən keçməklə dəmiryolu və avtomobil xətlərinin açılması deməkdir. Bu da Ermənistan üçün olduqca vacib məsələyə çevrilib. Hesab edirəm ki, danışıqlar prosesində Azərbaycan tərəfinin irəli sürdüyü məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz sülh müqaviləsini imzalamağa hazırıq. Lakin Ermənistan tərəfindən bu istiqamətdə müsbət addım görmürük”.

"Rusiya prezidenti görüşdə hər iki tərəfin müharibədən sonra kompromisə hazırlığının vacibliyini irəli sürdü. Azərbaycan bir məsələdə güzəştə gedə bilər. Ölkəmiz humanizm prinsiplərindən çıxış edərək bir neçə dəfə erməni diversantları ölkəsinə təhvil verib. Azərbaycan bu istiqamətdə növbəti addımlar ata bilər. Yəni hər şey Ermənistanın bundan sonrakı davranışlarından asılıdır. Vladimir Putin qeyd edir ki, Azərbaycan tərəfi əməkdaşlığa hazırdır və qarşı tərəf də analoji addımlar atmalıdır. Bu kontekstdən 10 noyabr və 11 yanvar sənədləri tam şəkildə icra olunmalıdır”, - deyə deputat vurğulayıb.

Azərbaycan-Belarus iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqlənib 23 iyl 2021, 19:45 Nizam Osmanov Müdafiə nazirinin müavini təyin EDİLDİ 23 iyl 2021, 19:20 Prezident 4 generalı yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM 23 iyl 2021, 19:09 Azərbaycanda son sutkada koronavirusa yoluxma kəskin artdı - FOTO 23 iyl 2021, 18:59 Prezident Baş Qərargah rəisinin müavinini İŞDƏN ÇIXARDI - FOTO 23 iyl 2021, 18:25 “Şərqi Zəngəzur qərbə doğru genişlənəcək? Bakı və Moskvadan siqnallar” - VİDEO 23 iyl 2021, 17:56 Düşməndən növbəti TƏXRİBAT - Kəlbəcərdə hərbi qulluqçumuz şəhid oldu 23 iyl 2021, 17:38 Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi 23 iyl 2021, 17:11 İlham Əliyevdən yeni səfir təyinatları - Yenilənib 23 iyl 2021, 17:02 Hərbçiləri şantaj edən şəxslər barəsində cinayət işi açıldı 23 iyl 2021, 14:04 İlham Əliyev 4 qanunu TƏSDİQLƏDİ 23 iyl 2021, 13:43 Makronu qorxuya salan "cəsus proqram" AZƏRBAYCANDA 23 iyl 2021, 13:25 İlham Əliyev Çin liderinə başsağlığı verdi 23 iyl 2021, 12:41 Sabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB 23 iyl 2021, 12:11 “La Croix”: “Ermənistanın təcrid olunmuş vəziyyətdən çıxmaq, Fransanın isə imicini bərpa etmək şansı var” 23 iyl 2021, 11:48 Avqustda məhdudiyyətlər olacaq? - AÇIQLAMA + VİDEO 23 iyl 2021, 11:18 Azərbaycan nazirlərinin Rusiya ixracatçıları ilə görüşü - CANLI YAYIM 23 iyl 2021, 10:54 Ölüm xəbəri yayılan Nəcməddin Sadıqov DANIŞDI 23 iyl 2021, 10:17 Prezidentin Xankəndi ilə bağlı çıxışının - Videosu 23 iyl 2021, 09:58 “Mən bu məsələni həll etmişəm, vəssalam!” 23 iyl 2021, 09:30 İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi 23 iyl 2021, 08:59 Bu xətalara görə cərimə ödəniləcək - Sürücülərin nəzərinə 23 iyl 2021, 08:47 “Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər” 22 iyl 2021, 21:36 Prezident Gəncədə ermənilərin raket atdığı əraziyə getdi 22 iyl 2021, 21:04 Rövnəq Abdullayev işdən azad olunan vitse-prezidentlərlə görüş keçirib 22 iyl 2021, 20:52