22 Noyabr 2020, Bazar
21 iyl 2021, 17:08 | Gündəm / Siyasət
İlham Əliyev və Vladimir Putin Moskvadan İrəvana mesaj verdi: Prioritet Zəngəzur dəhlizidir!


İlham Əliyev və Vladimir Putin Moskvadan İrəvana mesaj verdi: Prioritet Zəngəzur dəhlizidir!

 


Azərbaycanın Qarabağda tarixi ədaləti bərpa etməsi təkcə döyüş meydanında deyil, eyni zamanda diplomatiya müstəvisində qazanılmış parlaq qələbə kimi tarixə düşdü. İlham Əliyevin rəhbərliyi altında qazanılan bu qələbəni şərtləndirən məqamlar isə təkcə güclü ordu, qabaqcıl iqtisadiyyat deyil, həm də nüfuzlu, qüdrətli və beynəlxalq arenada söz sahibi Azərbaycanın yaradılması idi.

Uzun illərdir Azərbaycan dövlətinin Prezident İlham Əliyevin liderliyi ilə yürütdüyü uğurlu xarici siyasətin əsas istiqamətlərindən birini də məhz bu anlayış təşkil edib.

Azərbaycan liderinin böyük siyasi səriştə və uzaqgörənlik nümayiş etdirərək yürütdüyü bu siyasətin ən parlaq təzahürünü də bütün dünya elə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə ilə gördü. Azərbaycan döyüş meydanında Ermənistan ordusunu rəzil duruma saldı, diplomatiya meydanında isə İrəvanın təcavüzkar siyasətini ifşa etdi, onun masada söz sahibi olmasının qarşısını aldı.

44 günlük müharibəni başa çatdıran tarixi 10 noyabr bəyanatının təkcə imzalanması şəkli belə bütün dünyaya Azərbaycanın qüdrətini, Rusiya kimi böyük dövlətlə birgə masada söz sahibi olmasını göstərdi: Regionda sülhün daimi olmasında maraqlı olan Rusiya və Azərbaycan liderləri canlı yayımda bütün dünyanın gözləri qarşısında öz imzaları ilə mövqelərini təsdiqlədiyi halda, aqressorun bu bəyanatı harada imzaladığı hələ də bəlli deyil...

10 noyabr bəyanatından sonra Rusiya və Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olması, yanvarda Rusiyada keçirilən görüş zamanı da özünü ortaya qoydu.

Nəhayət ötən gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan görüş hər iki dövlətin regiondakı sülhə, 10 noyabr və 11 yanvar bəyanatlarına tam bağlılığını ortaya qoydu. İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsi məhz Moskvada üzə çıxdı. Görüşün ən önəmli tərəflərindən biri Kremlin rəsmi Bakı ilə demək olar ki, bütün məsələlərdə ortaq fikri daşıması oldu. Bəli, İlham Əliyev Moskvada öz regionunun söz sahibi, lideri kimi qarşılandı və Kreml Azərbaycanın mövqeyini birmənalı şəkildə qəbul və təsdiq etdi.

Açar məqam: Zəngəzur dəhlizi

Şübhəsiz ki, görüş zamanı toxunulan mövzulardan biri də Zəngəzur dəhlizinin açılması olub. Burada da Moskva və Bakının mövqeyi tam şəkildə üst-üstə düşüb: 10 noyabr və 11 yanvar bəyanatlarının müddəaları tam şəkildə yerinə yetirilməlidir və regionda davamlı sülhün ən vacib və taleyüklü şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır.

Azərbaycan və Rusiya liderlərinin Moskva görüşü onu göstərdi ki, hər iki lider üçün hazırda Zəngəzur dəhlizinin açılması prioritetdir, sülhün "qırmızı xətti”dir! Regionda davamlı sülh, iqtisadi inkişaf və sabitlik Zəngəzur dəhlizinin açılışı – avtomobil və dəmiryolunun çəkilməsi ilə birbaşa bağlıdır. Bu məsələdə isə Rusiya və Azərbaycan kənar qüvvələrə güzəştə getməməkdə qərarlıdır.

Moskva görüşündə verilən mesajlar həm də proseslərə süni müdaxilə etmək istəyənlərə sərt cavab oldu. Bu görüş Azərbaycan və Rusiya liderlərinin dünyaya verdiyi mesaj kimi tarixdə qaldı. Dövlət başçılarının şəxsi münasibətlərindəki səmimiyyətindən tutmuş, dövlətlərin Qarabağla bağlı həmrəy olması, sülhə töhfə verməkdəki qərarlılığına qədər hər şey regionda sabitliyi pozmaq istəyən qüvvələr üçün ağır zərbə oldu.

Moskvada keçirilən İlham Əliyev və Vladimir Putin arasındakı görüşün yaratdığı rezonans İrəvanı növbəti dəfə lərzəyə saldı: təxribatlara, süni oyunlara, pafoslu açıqlamalara məhəl qoyulmadığını göstərdi. İrəvana diqtə olundu ki, masada söz sahibləri var, onların - Azərbaycan və Rusiyanın münasibətlərinin mövcud səviyyəsi istənilən təxribatı yerindəcə alt-üst etməyə qadirdir. Eyforiyaya qapılmaqla revanşist çıxışlar etmək, hər hansı bir təxribata əl atmaq və kənar qüvvələrdən mədət ummaq əvəzinə 10 noyabr və 11 yanvar bəyanatlarına köklənmək gərəkdir

Azərbaycan-Belarus iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqlənib 23 iyl 2021, 19:45 Nizam Osmanov Müdafiə nazirinin müavini təyin EDİLDİ 23 iyl 2021, 19:20 Prezident 4 generalı yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM 23 iyl 2021, 19:09 Azərbaycanda son sutkada koronavirusa yoluxma kəskin artdı - FOTO 23 iyl 2021, 18:59 Prezident Baş Qərargah rəisinin müavinini İŞDƏN ÇIXARDI - FOTO 23 iyl 2021, 18:25 “Şərqi Zəngəzur qərbə doğru genişlənəcək? Bakı və Moskvadan siqnallar” - VİDEO 23 iyl 2021, 17:56 Düşməndən növbəti TƏXRİBAT - Kəlbəcərdə hərbi qulluqçumuz şəhid oldu 23 iyl 2021, 17:38 Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi 23 iyl 2021, 17:11 İlham Əliyevdən yeni səfir təyinatları - Yenilənib 23 iyl 2021, 17:02 Hərbçiləri şantaj edən şəxslər barəsində cinayət işi açıldı 23 iyl 2021, 14:04 İlham Əliyev 4 qanunu TƏSDİQLƏDİ 23 iyl 2021, 13:43 Makronu qorxuya salan "cəsus proqram" AZƏRBAYCANDA 23 iyl 2021, 13:25 İlham Əliyev Çin liderinə başsağlığı verdi 23 iyl 2021, 12:41 Sabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB 23 iyl 2021, 12:11 “La Croix”: “Ermənistanın təcrid olunmuş vəziyyətdən çıxmaq, Fransanın isə imicini bərpa etmək şansı var” 23 iyl 2021, 11:48 Avqustda məhdudiyyətlər olacaq? - AÇIQLAMA + VİDEO 23 iyl 2021, 11:18 Azərbaycan nazirlərinin Rusiya ixracatçıları ilə görüşü - CANLI YAYIM 23 iyl 2021, 10:54 Ölüm xəbəri yayılan Nəcməddin Sadıqov DANIŞDI 23 iyl 2021, 10:17 Prezidentin Xankəndi ilə bağlı çıxışının - Videosu 23 iyl 2021, 09:58 “Mən bu məsələni həll etmişəm, vəssalam!” 23 iyl 2021, 09:30 İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi 23 iyl 2021, 08:59 Bu xətalara görə cərimə ödəniləcək - Sürücülərin nəzərinə 23 iyl 2021, 08:47 “Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər” 22 iyl 2021, 21:36 Prezident Gəncədə ermənilərin raket atdığı əraziyə getdi 22 iyl 2021, 21:04 Rövnəq Abdullayev işdən azad olunan vitse-prezidentlərlə görüş keçirib 22 iyl 2021, 20:52