Vəliyev Oruc Ramiz oğlu Şəhadətindən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir..

Gündəm / Video
17-07-2021, 18:30
 
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vəliyev Oruc Ramiz oğlu Şəhadətindən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir..
 
Qəhrəman Şəhidimiz Vəliyev Oruc Ramiz oğlu 13 iyul 1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 
2001-ci ildə Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş,2012-ci ildə Bakı şəhər 36 nömrəli tam orta məktəbi bitirmişdir.
2012- ci ildə həqiqi hərbi xidmətə çağırılmış,Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmət etmişdir. 
2020-ci ildə Qarabağ uğrunda döyüşlər zamanı hərbi təlimə çağırılmışdır.
1 oktyabr,2020-ci ildə yaralı  yoldaşlarını döyüş bölgəsindən çıxararkən Şəhadət şərbətini dadmışdır. 
İgid Şəhidim!
Sən ən uca məqama yüksəlib,Allah yolunda canından keçib,Şəhadət dərəcəsinə yüksəlmisən. Cismin qara torpaqda olsa da,ruhunun hər daim başımız üzərində olduğunu hiss edirik. Çünki sən,torpağa deyil qəlbimizə gömülmüsən!

Allah rəhmət eləsin...