Nakam ömür

Gündəm / Video
12-07-2021, 13:41
 
 

Nakam ömür

 

Taleh Cavanşiroğlu gənc rəssam idi. Əgər yaşasaydı, 33 yaşını qeyd edəcəkdi. Çox təəssüflər olsun ki, keçən il iyul ayının 19-da 32 yaşında qəflətən ürək tutmasından bu fani dünyaya əlvida deyib getdi. Mərhum Talehin anası tanınmış həkim, jurnalist, şairə, AYB, AJB-nin fəal üzvü, Qafqaz Media İctimai Birliyinin sədri Hacı Azadə Taleh Abbasqızı bu bir il ərzində oğul həsrəti ilə qorulmaqda davam edir. Hər gün, hər an özünü oğlunun yanında hiss edir. Ana üçün bundan ağır dərd ola bilməz. Hər dəfə oğlunun rəsm əsərlərini əlinə alanda göz yaşlarını saxlaya bilmir. Yenə də ananın yeganə təsəllisi Talehin Azadə xanım üçün qoyub getdiyi 4 yaşlı qız övladı və rəsm əsərləridir. Bu günlərdə Azadə xanım Xocalı Sənət Mərkəzində Talehin rəsm əsərlərindən ibarət sərgi təşkil olundu və oğlu Talehə həsr etdiyi «Hardasan?» adlı kitabının təqdimetmə mərasimi keçirildi. Sərgidə alimlər, şairlər, həkimlər, rəssamlar, hərbçilər, bir sözlə, hər bir sahədən olan sənət, peşə adamları iştirak edirdi. Tədbir iştirakçıları gənc rəssamın əl işləri ilə tanış oldular. Azadə xanım isə tədbirə gələn qonaqların hər birinə dərin minnətdarlığını bildirdi. Gənc rəssam Talehi tanıyanlar, onun dostları da mərasimdə iştirak etmiş və onun haqqında öz xatirələrini sərgi iştirakçıları ilə bölüşmüşlər.

Nakam ömür