22 Noyabr 2020, Bazar
12 iyn 2021, 10:56 | Gündəm / Sosial
AVRO-2020 ilə əlaqədar hazırlanmış nəqliyyat planının icrasına başlanılıb

AVRO-2020 ilə əlaqədar hazırlanmış nəqliyyat planının icrasına başlanılıb

 



AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan nəqliyyat planının icrasına başlanılıb.

Bu barədə Xeberekspress.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Plana uyğun olaraq bilet alan azarkeşlərin təyin olunan məntəqələrdən Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri üzrə cəlb edilən avtobuslar artıq daşımalara hazırdır. Səhər saatlarından daşımalarda iştirak edən sürücülər tibbi müayinədən keçirilib.

Məlumat üçün bildiririk ki, X-1 marşrut xətti "Qara Qarayev” metro stansiyası yaxınlığında yerləşən "Sevinc” kinoteatırının önündən, X-2 marşrut xətti isə "28 May” metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyun bitdikdən sonra isə ekspres xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək. Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq. Daşımalar ödənişsiz həyata keçiriləcək.

Xaricdən gələn azarkeşlərin daşınması da ekspres xətt avtobusları ilə icra olunacaq. Bunun üçün P21 və P22 olmaqla əlavə iki ekspres xətt təşkil edilib. P21 xətti üzrə avtobuslar Xəlil Rza Ulutürk küçəsi-"Dəniz Mall"un qarşısı, P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətlərdə hərəkət edəcəklər. Qeyd olunduğu kimi P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.

Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılıb. Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.

Prezident Baş Qərargah rəisinin müavinini İŞDƏN ÇIXARDI - FOTO 23 iyl 2021, 18:25 “Şərqi Zəngəzur qərbə doğru genişlənəcək? Bakı və Moskvadan siqnallar” - VİDEO 23 iyl 2021, 17:56 Düşməndən növbəti TƏXRİBAT - Kəlbəcərdə hərbi qulluqçumuz şəhid oldu 23 iyl 2021, 17:38 Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi 23 iyl 2021, 17:11 İlham Əliyevdən yeni səfir təyinatları - Yenilənib 23 iyl 2021, 17:02 Hərbçiləri şantaj edən şəxslər barəsində cinayət işi açıldı 23 iyl 2021, 14:04 İlham Əliyev 4 qanunu TƏSDİQLƏDİ 23 iyl 2021, 13:43 Makronu qorxuya salan "cəsus proqram" AZƏRBAYCANDA 23 iyl 2021, 13:25 İlham Əliyev Çin liderinə başsağlığı verdi 23 iyl 2021, 12:41 Sabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB 23 iyl 2021, 12:11 “La Croix”: “Ermənistanın təcrid olunmuş vəziyyətdən çıxmaq, Fransanın isə imicini bərpa etmək şansı var” 23 iyl 2021, 11:48 Avqustda məhdudiyyətlər olacaq? - AÇIQLAMA + VİDEO 23 iyl 2021, 11:18 Azərbaycan nazirlərinin Rusiya ixracatçıları ilə görüşü - CANLI YAYIM 23 iyl 2021, 10:54 Ölüm xəbəri yayılan Nəcməddin Sadıqov DANIŞDI 23 iyl 2021, 10:17 Prezidentin Xankəndi ilə bağlı çıxışının - Videosu 23 iyl 2021, 09:58 “Mən bu məsələni həll etmişəm, vəssalam!” 23 iyl 2021, 09:30 İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi 23 iyl 2021, 08:59 Bu xətalara görə cərimə ödəniləcək - Sürücülərin nəzərinə 23 iyl 2021, 08:47 “Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər” 22 iyl 2021, 21:36 Prezident Gəncədə ermənilərin raket atdığı əraziyə getdi 22 iyl 2021, 21:04 Rövnəq Abdullayev işdən azad olunan vitse-prezidentlərlə görüş keçirib 22 iyl 2021, 20:52 Əhməd İsmayılov jurnalistlərə müraciət etdi 22 iyl 2021, 20:33 Yoluxanların bu günə olan statistikası 22 iyl 2021, 20:20 "Azad edilmiş ərazilərdə görülən işləri xalq bəyənir" - Ölkə başçısı 22 iyl 2021, 19:02 “Artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb” - İlham Əliyev 22 iyl 2021, 18:45