22 Noyabr 2020, Bazar
11 may 2021, 16:09 | Gündəm / Siyasət
Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar

 
 

Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar

 


Bir müddət əvvəl Gürcüstan gömrükçüləri Rusiyadan Ermənistana humanitar yardım adı altında göndərilən hərbi xarakterli yükü buraxmayıb. Söhbət 2 min ədəd gülləkeçirməyən gödəkçədən ("bronejilet”) gedir. Gürcü sərhədçilər "Yuxarı Lars” Nəzarət-Keçid Məntəqəsində həmin yükün olduğu 2 avtomobilin ölkə ərazisinə keçməsinə izn verməyib və erməni sürücülərin də, maşınların da sənədlərini alıblar. Avtomaşınlar bir aya yaxın müddətdə sərhəddə boş yerə gözlədikdən sonra ötən ayın sonlarında geriyə - Rusiyaya dönməli olub.

Xeberekspress.az Musavat.com-a istinadən xəbər verir ki, gürcü tərəfi öz qərarını belə izah edib ki, adıçəkilən geyimlər humanitar yük sayıla bilməz. Lakin bəlli olub ki, ermənilər həmin yükü hər halda Ermənistana çatdırmağa müyəssər olublar. Özü də elə Gürcüstan vasitəsilə və qanunsuz yolla. Lakin istəklərini quru nəqliyyatı ilə yox, hava xətti - təyyarə ilə, "Bort N1” rəsmi reys vasitəsilə və beynəlxalq mülki aviasiya normalarını kobud şəkildə pozaraq reallaşdırıblar. 

Gülləkeçirməyən gödəkçələr məhz Ermənistan baş naziri əvəzi Nikol Paşinyanın olduğu təyyarədə Yerevana çatdırılıb.

Tarixçə isə belədir: aprelin 29-da Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi Hökumətlərarası Şurasının iclasında iştirak eləmək üçün "Airbus A319 132” dövlət təyyarəsi ilə (qeydiyyat nömrəsi 701) Kazana uçub. Xatırlayısınızsa, toplantı cəmi 2 gün çəkmişdi. Lakin erməni mənbələr həmin ərəfədə xəbər yaydı ki, hökumət təyyarəsində nasazlıq yaranıb və Nikol Paşinyan aprelin 30-da başqa bir təyyarə ilə Yerevana qayıtmalı olub. Hökumət uçağı isə guya təmirə saxlanılıb.

"Flightradar 24” servisinin məlumatına görə, "Bort N1” Kazandan yalnız mayın 5-də uçub, həmin gün saat 13:13-də Şimali Osetiyanın mərkəzi Vladiqafqaza qısamüddətli eniş edib və saat 16:46-da oradan havaya qalxaraq, yəni tranzitlə, Gürcüstan üzərindən Yerevana istiqamət götürüb. 18.06-da isə Yerevana enib. Təbii ki, Gürcüstanın buraxmadığı məlum yüklə.

Şəkillərdən göründüyü kimi, qanunsuz yükün hava nəqliyyatı yolu ilə daşınmasına dair erməni tərəfi beləcə növbəti dəfə və yenə hökumətin rəsmi hava bortundan istifadə eləməklə humanitar yük adı ilə öz ərazisinə Rusiyadan qanunsuz şəkildə hərbi xarakterli məhsul daşıyıb. Bununla da gürcü tərəfinin qadağasından yan keçərək və ona məhəl qoymayaraq, Beynəlxalq Mülki Aviasiya və Normaları haqda Çikaqo Konvensiyasını kobud şəkildə pozub.

Yada salaq ki, bu, rəsmi Yerevanın ilk pirat hərəkəti deyil. Hələ keçən ilin 44 günlük Qarabağ müharibəsi zamanı Moskva-Yerevan reysi ilə, Gürcüstan üzərindən hökumət aviareysləri vasitəsilə Ermənistana, oradan da müharibə gedən Azərbaycan ərazilərinə, Qarabağa hərbi sistemlər və silah-sursatlar daşınmışdı. Məsələn, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan məxsusən bu məqsədlə 2020-ci il oktyabrın 3-də hökumət təyyarəsi ilə Moskvaya uçmuşdu.

Əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ o vaxt müsahibələrində bir neçə dəfə bu məsələyə toxunmuş, Rusiyadan Ermənistana hansı reyslə, nələrin daşındığı haqda Azərbaycan tərəfdə müfəssəl bilgilərin olduğunu söyləmişdi...
Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar
Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar
Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar
Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar
Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar
Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar
Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar


Dəvəli mərmər şirkətinin Azərbaycan bayrağına hörmətsizliyi 13 iyn 2021, 15:16 Türkiyə səfiri: “Ərdoğanın Qarabağın incisi Şuşaya ziyarəti üçün hazırlıqlarımız davam edir” 12 iyn 2021, 23:38 “Minasız Qarabağa Gedək!” adlı beynəlxalq kampaniyaya start verildi 12 iyn 2021, 23:34 İlham Əliyevin təzyiqi bəhrəsini verdi: Ermənistan mina xəritələrini təqdim etdi - YENİLƏNİB + VİDEO 12 iyn 2021, 23:26 "Biz beynəlxalq hüquq çərçivəsində hərəkət etdik" - İlham Əliyev 12 iyn 2021, 15:41 İlham Əliyev İtaliya şirkətlərinin azad olunmuş torpaqlarda fəaliyyətindən danışdı 12 iyn 2021, 15:24 Abel Məhərrəmovun restoranında toy keçirildi - DİN-dən AÇIQLAMA 12 iyn 2021, 15:06 İlham Əliyev və Mehriban Əliyeva akademik Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib - FOTO 12 iyn 2021, 14:55 Bakıda hərəkəti məhdudlaşdırılan yollar açıqlandı 12 iyn 2021, 13:57 İki rusiyalı idman şərhçisi Bakıya buraxılmayacaq 12 iyn 2021, 12:44 "Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və onun təhsilə tətbiqi" mövzusunda vebinar keçirilib 12 iyn 2021, 11:51 Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpozium baş tutub. 12 iyn 2021, 11:45 “4 milyard dollara Superliqa yarada bilmərik” - Elxan Məmmədov 12 iyn 2021, 11:25 Prezidentlərin Şuşa görüşündə Azərbaycan və Türkiyə arasında hansı müqavilə imzalanacaq? – AÇIQLAMA 12 iyn 2021, 11:00 AVRO-2020 ilə əlaqədar hazırlanmış nəqliyyat planının icrasına başlanılıb 12 iyn 2021, 10:56 AZAL-ın təyyarəsinin mühərrikinə quş girib, reys təxirə salınıb 12 iyn 2021, 10:15 AVRO-2020: Bu gün Bakıda ilk oyun keçiriləcək 12 iyn 2021, 09:45 Ağsu şəhər İcra Hakimiyyəti başçısının müavini işdən çıxarılıb 11 iyn 2021, 23:46 Daha bir nazirlik gücləndirilmiş iş rejiminə keçdi 11 iyn 2021, 19:00 Rusiyadakı soydaşlarımız Ermənistan hakimiyyətini ittiham edib 11 iyn 2021, 18:21 Ermənistandan Rusiyaya gedən magistral yol bağlanır 11 iyn 2021, 18:00 Azərbaycan və Rusiya arasında alma və pomidor tədarükü ilə bağlı RAZILIQ 11 iyn 2021, 17:30 İlham Əliyev Putini təbrik etdi: “Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk” 11 iyn 2021, 17:12 Ərdoğan NATO zirvəsində Qarabağ mövzusunu qaldıracaq 11 iyn 2021, 16:45 Aleksandr İşein Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq 11 iyn 2021, 15:13
Dəvəli mərmər şirkətinin Azərbaycan bayrağına hörmətsizliyi 13 iyn 2021, 15:16 | Türkiyə səfiri: “Ərdoğanın Qarabağın incisi Şuşaya ziyarəti üçün hazırlıqlarımız davam edir” 12 iyn 2021, 23:38 | “Minasız Qarabağa Gedək!” adlı beynəlxalq kampaniyaya start verildi 12 iyn 2021, 23:34 | İlham Əliyevin təzyiqi bəhrəsini verdi: Ermənistan mina xəritələrini təqdim etdi - YENİLƏNİB + VİDEO 12 iyn 2021, 23:26 | "Biz beynəlxalq hüquq çərçivəsində hərəkət etdik" - İlham Əliyev 12 iyn 2021, 15:41 | İlham Əliyev İtaliya şirkətlərinin azad olunmuş torpaqlarda fəaliyyətindən danışdı 12 iyn 2021, 15:24 | Abel Məhərrəmovun restoranında toy keçirildi - DİN-dən AÇIQLAMA 12 iyn 2021, 15:06 | İlham Əliyev və Mehriban Əliyeva akademik Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib - FOTO 12 iyn 2021, 14:55 | Bakıda hərəkəti məhdudlaşdırılan yollar açıqlandı 12 iyn 2021, 13:57 | İki rusiyalı idman şərhçisi Bakıya buraxılmayacaq 12 iyn 2021, 12:44 | "Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və onun təhsilə tətbiqi" mövzusunda vebinar keçirilib 12 iyn 2021, 11:51 | Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpozium baş tutub. 12 iyn 2021, 11:45 | “4 milyard dollara Superliqa yarada bilmərik” - Elxan Məmmədov 12 iyn 2021, 11:25 | Prezidentlərin Şuşa görüşündə Azərbaycan və Türkiyə arasında hansı müqavilə imzalanacaq? – AÇIQLAMA 12 iyn 2021, 11:00 | AVRO-2020 ilə əlaqədar hazırlanmış nəqliyyat planının icrasına başlanılıb 12 iyn 2021, 10:56 |