22 Noyabr 2020, Bazar
11 may 2021, 12:30 | Gündəm / Siyasət
İlham Əliyev Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi

İlham Əliyev Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi

 



Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

Hörmətli həmvətənlər!

Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza səmimi arzu və diləklərimi yetirirəm.

Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, yardımsevərlik və paylaşmaq kimi yüksək əxlaqi dəyərlər aşılayan Ramazan ayı artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının sevincini yaşayır.

Müsəlman dünyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır. Etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin, demokratik birgəyaşayışın, vəhdət və harmoniyanın bərqərar olmasında bəşəriyyəti daim sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dəvət edən İslam dini müstəsna rol oynamışdır. Hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.

Əziz bacı və qardaşlarım!

Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir.

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Allah tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul etsin!

Ramazan bayramınız mübarək olsun!

Dəvəli mərmər şirkətinin Azərbaycan bayrağına hörmətsizliyi 13 iyn 2021, 15:16 Türkiyə səfiri: “Ərdoğanın Qarabağın incisi Şuşaya ziyarəti üçün hazırlıqlarımız davam edir” 12 iyn 2021, 23:38 “Minasız Qarabağa Gedək!” adlı beynəlxalq kampaniyaya start verildi 12 iyn 2021, 23:34 İlham Əliyevin təzyiqi bəhrəsini verdi: Ermənistan mina xəritələrini təqdim etdi - YENİLƏNİB + VİDEO 12 iyn 2021, 23:26 "Biz beynəlxalq hüquq çərçivəsində hərəkət etdik" - İlham Əliyev 12 iyn 2021, 15:41 İlham Əliyev İtaliya şirkətlərinin azad olunmuş torpaqlarda fəaliyyətindən danışdı 12 iyn 2021, 15:24 Abel Məhərrəmovun restoranında toy keçirildi - DİN-dən AÇIQLAMA 12 iyn 2021, 15:06 İlham Əliyev və Mehriban Əliyeva akademik Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib - FOTO 12 iyn 2021, 14:55 Bakıda hərəkəti məhdudlaşdırılan yollar açıqlandı 12 iyn 2021, 13:57 İki rusiyalı idman şərhçisi Bakıya buraxılmayacaq 12 iyn 2021, 12:44 "Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və onun təhsilə tətbiqi" mövzusunda vebinar keçirilib 12 iyn 2021, 11:51 Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpozium baş tutub. 12 iyn 2021, 11:45 “4 milyard dollara Superliqa yarada bilmərik” - Elxan Məmmədov 12 iyn 2021, 11:25 Prezidentlərin Şuşa görüşündə Azərbaycan və Türkiyə arasında hansı müqavilə imzalanacaq? – AÇIQLAMA 12 iyn 2021, 11:00 AVRO-2020 ilə əlaqədar hazırlanmış nəqliyyat planının icrasına başlanılıb 12 iyn 2021, 10:56 AZAL-ın təyyarəsinin mühərrikinə quş girib, reys təxirə salınıb 12 iyn 2021, 10:15 AVRO-2020: Bu gün Bakıda ilk oyun keçiriləcək 12 iyn 2021, 09:45 Ağsu şəhər İcra Hakimiyyəti başçısının müavini işdən çıxarılıb 11 iyn 2021, 23:46 Daha bir nazirlik gücləndirilmiş iş rejiminə keçdi 11 iyn 2021, 19:00 Rusiyadakı soydaşlarımız Ermənistan hakimiyyətini ittiham edib 11 iyn 2021, 18:21 Ermənistandan Rusiyaya gedən magistral yol bağlanır 11 iyn 2021, 18:00 Azərbaycan və Rusiya arasında alma və pomidor tədarükü ilə bağlı RAZILIQ 11 iyn 2021, 17:30 İlham Əliyev Putini təbrik etdi: “Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk” 11 iyn 2021, 17:12 Ərdoğan NATO zirvəsində Qarabağ mövzusunu qaldıracaq 11 iyn 2021, 16:45 Aleksandr İşein Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq 11 iyn 2021, 15:13
Dəvəli mərmər şirkətinin Azərbaycan bayrağına hörmətsizliyi 13 iyn 2021, 15:16 | Türkiyə səfiri: “Ərdoğanın Qarabağın incisi Şuşaya ziyarəti üçün hazırlıqlarımız davam edir” 12 iyn 2021, 23:38 | “Minasız Qarabağa Gedək!” adlı beynəlxalq kampaniyaya start verildi 12 iyn 2021, 23:34 | İlham Əliyevin təzyiqi bəhrəsini verdi: Ermənistan mina xəritələrini təqdim etdi - YENİLƏNİB + VİDEO 12 iyn 2021, 23:26 | "Biz beynəlxalq hüquq çərçivəsində hərəkət etdik" - İlham Əliyev 12 iyn 2021, 15:41 | İlham Əliyev İtaliya şirkətlərinin azad olunmuş torpaqlarda fəaliyyətindən danışdı 12 iyn 2021, 15:24 | Abel Məhərrəmovun restoranında toy keçirildi - DİN-dən AÇIQLAMA 12 iyn 2021, 15:06 | İlham Əliyev və Mehriban Əliyeva akademik Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib - FOTO 12 iyn 2021, 14:55 | Bakıda hərəkəti məhdudlaşdırılan yollar açıqlandı 12 iyn 2021, 13:57 | İki rusiyalı idman şərhçisi Bakıya buraxılmayacaq 12 iyn 2021, 12:44 | "Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və onun təhsilə tətbiqi" mövzusunda vebinar keçirilib 12 iyn 2021, 11:51 | Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpozium baş tutub. 12 iyn 2021, 11:45 | “4 milyard dollara Superliqa yarada bilmərik” - Elxan Məmmədov 12 iyn 2021, 11:25 | Prezidentlərin Şuşa görüşündə Azərbaycan və Türkiyə arasında hansı müqavilə imzalanacaq? – AÇIQLAMA 12 iyn 2021, 11:00 | AVRO-2020 ilə əlaqədar hazırlanmış nəqliyyat planının icrasına başlanılıb 12 iyn 2021, 10:56 |