22 Noyabr 2020, Bazar
5 may 2021, 08:39 | Gündəm / Sosial
Rahatlıq gəzirlər, amma arxasında faciə var - XƏBƏRDARLIQ

Rahatlıq gəzirlər, amma arxasında faciə var - XƏBƏRDARLIQ

 

Lənkəranda doğuşdan sonra ananın ölümü ilə bağlı araşdırmalara başlanıb. Lənkəran Rayon Prokurorluğundan verilən məlumata görə, mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də "39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş” diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib. Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında vurğulayıb ki, ümumiyyətlə, qeysəriyyə doğuşlarına görə konkret göstəriş olmalıdır. Əgər bu olarsa, o zaman onun həyata keçirilməsi məqsədəuyğundur:

"Göstəriş yoxdursa, yaxşı olar ki, təbii şəkildə doğuş həyata keçirilsin. Son zamanlar qeysəriyyə əməliyyatından sonra qadın ölümlərinin sayının artdığı barədə məlumatlar səsləndirilir. Ancaq hesab edirəm ki, ölüm hallarının qeysəriyyə səbəbindən artması heç də doğru fikir deyil. Bu, Azərbaycanda hamiləliklərin normal fizioloji olmamasına daha çox bağlıdır. Çünki bu gün normal fizioloji hamiləlik tapmaq çətindir".

A.Qeybulla əlavə edib ki, təəssüflər olsun ki, son zamanlar ölkəmizdə qeysəriyyədən əməliyyat olunanların sayı çoxalıb:

"Müxtəlif səbəblərdən, nədənsə, qadınlar buna meyillənirlər. Sadəcə olaraq hansısa ölüm halları baş verdikdə bunu dərhal əməliyyatla bağlayırlar. Amma çox nadir hallarda əməliyyata görə ölüm halları baş verə bilər. Əsasən bu, hamiləliklərə bağlıdır. Məsələn, ya qadının hansısa yanaşı bir xəstəliyi ola bilər və yaxud da həkimə çox gec müraciət edirlər və s. Ona görə də hamiləliyi fizioloji normal keçən adamların sayı demək olar ki, bu günləri tək-tükdür. Ona görə də bu kimi xoşagəlməz hallar yaşanır".

Tel-Əviv raket atəşinə tutulub - VİDEO 11 may 2021, 23:09 Kazanda məktəbə hücum zamanı sinif otağından çəkilən görüntülər yayılıb – VİDEO 11 may 2021, 22:51 Prezident İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı veriblər 11 may 2021, 19:18 İlham Əliyev Vladimir Putinə başsağlığı verib 11 may 2021, 19:08 AŞPA vitse-prezidenti: “Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb” 11 may 2021, 18:49 Dayısı Fatmanı yastıqla boğub öldürübmüş… 11 may 2021, 18:37 Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində – Foto 11 may 2021, 18:24 Azərbaycanlı rəssam Türkiyədə vəfat etdi 11 may 2021, 17:44 “2-3 günə Şuşada Türkiyə Konsulluğunun və məktəbin bünövrəsi qoyulacaq” 11 may 2021, 17:27 Yoluxanlarla bağlı bu günə olan statistika 11 may 2021, 16:49 Müdafiə naziri hərbi hissədə olub - Foto 11 may 2021, 16:27 Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar 11 may 2021, 16:09 Zakir Həsənov Azərbaycan ordusunu təbrik etdi 11 may 2021, 15:23 Yeni şura yaradıldı: Şeyx sədr seçildi 11 may 2021, 15:03 Bayden-Putin görüşü keçiriləcək? - Lavrovdan AÇIQLAMA 11 may 2021, 14:59 Lavrov Qarabağdakı sülhməramlıların fəaliyyətindən DANIŞDI 11 may 2021, 14:00 Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı 11 may 2021, 13:45 Rusiyada məktəbə hücum edənlərdən biri öldürülüb - FOTO 11 may 2021, 13:29 Ramazan bayramında nə qədər fitrə zəkatı vermək tövsiyə olunur? 11 may 2021, 13:07 Rüstəm Muradov Moskvaya geri çağırıla bilər - VİDEO 11 may 2021, 12:50 İlham Əliyev Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi 11 may 2021, 12:30 Lavrov Bakıda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO 11 may 2021, 12:19 Sabahın hava proqnozu AÇIQLANDI 11 may 2021, 11:51 İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL 11 may 2021, 11:34 Bayramovla Lavrov arasında görüş başladı 11 may 2021, 11:15