22 Noyabr 2020, Bazar
4 may 2021, 17:04 | Gündəm / Siyasət
Əflatun Amaşov Avropa Şurasının bəyanatını tənqid etdi

Əflatun Amaşov Avropa Şurasının bəyanatını tənqid etdi

 



Avropa Şurasının baş katibi Mariya Buriç və hazırda Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik edən Almaniyanın federal ədliyyə naziri Kristin Lambrext 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı birgə bəyanatlarında qitənin bir sıra yerlərində jurnalistlərə hücumlardan və söz azadlığının məhdudlaşdırılmasından narahatlıqlarını ifadə ediblər.

Bəyanatın Azərbaycanla bağlı hissəsi 44 günlük Vətən Müharibəsi dönəmi ilə bağlıdır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, əslində ilk baxışdan elə təəssürat yaranır ki, həmin şəxslərin deməyə sözləri yoxdur, ancaq nə isə deməlidirlər.

"Bildirdikləri isə budur ki, müharibə aparan ölkə sosial şəbəkələrə məhdudiyyət qoymamalıymış. Halbuki biz dünya təcrübəsində belə qadağaların müharibə deyil, hətta adi qəza və insidentlər sonrası qeydə alındığını da çox görmüşük”, - deyə Ə.Amaşov bildirib.

Bəyanatda daha sonra deyilir ki, Dağlıq Qarabağda fəaliyyət göstərən jurnalistlər Azərbaycan dövlətinin "qara siyahı”sına düşüblər.

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Bakı Dağlıq Qarabağa icazəsiz daxil olan media təmsilçilərinin təhlükəsizliklərinə görə məsuliyyət daşımır.

Ə.Amaşov söyləyib:

"Azərbaycan nə etməli idi? Ölkə öz torpaqlarını işğaldan azad etmək istəyir, buna görə müharibə aparır və onun işğal edilmiş ərazisində jurnalistlər də var. Onların təhlükəsizliklərinə cavabdehlik daşımaq mümkündürmü?!

Digər tərəfdən, Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın torpağıdır və o torpaqda Azərbaycanın iradəsinin əleyhinə olan birləşmə varsa, onun fəaliyyəti legitim qəbul edilə bilməz. Jurnalistlər həmin legitim qəbul edilməyən qüvvələrin köməyi və dəstəyi ilə əraziyə daxil olurlarsa, deməli, Azərbaycan qanunvericiliyinə hörmət qoymurlar. Avropalıların sözlərindən anlaşılan isə budur ki, belələrinin adları "qara siyahı”ya daxil edilməməliydi. Anormal məntiqdir! Anormaldır həm də ona görə ki, burada dünyanın qəbul etdiyi hüquq normaları, ərazi bütövlüyü məsələləri ümumiyyətlə yada salınmır”.

Ə.Amaşov bildirib ki, bəyanatın daha bir maraqlı tərəfi tövsiyələrdir.

"O tövsiyələr ki, onları Azərbaycana və Ermənistana bir yerdə ünvanlamağın məntiqi də anlaşılmazdır. Belə nəticə çıxır ki, bir dövlət tərəfindən həyata keçirilən qanunsuz davranışı asanlıqla o biri dövlətin adına yazmaq mümkündür. Söhbət müharibə gedişində Ermənistanın törətdiklərinə görə Azərbaycana da nələrinsə tövsiyə olunmasından gedir”.

Tel-Əviv raket atəşinə tutulub - VİDEO 11 may 2021, 23:09 Kazanda məktəbə hücum zamanı sinif otağından çəkilən görüntülər yayılıb – VİDEO 11 may 2021, 22:51 Prezident İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı veriblər 11 may 2021, 19:18 İlham Əliyev Vladimir Putinə başsağlığı verib 11 may 2021, 19:08 AŞPA vitse-prezidenti: “Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb” 11 may 2021, 18:49 Dayısı Fatmanı yastıqla boğub öldürübmüş… 11 may 2021, 18:37 Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində – Foto 11 may 2021, 18:24 Azərbaycanlı rəssam Türkiyədə vəfat etdi 11 may 2021, 17:44 “2-3 günə Şuşada Türkiyə Konsulluğunun və məktəbin bünövrəsi qoyulacaq” 11 may 2021, 17:27 Yoluxanlarla bağlı bu günə olan statistika 11 may 2021, 16:49 Müdafiə naziri hərbi hissədə olub - Foto 11 may 2021, 16:27 Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar 11 may 2021, 16:09 Zakir Həsənov Azərbaycan ordusunu təbrik etdi 11 may 2021, 15:23 Yeni şura yaradıldı: Şeyx sədr seçildi 11 may 2021, 15:03 Bayden-Putin görüşü keçiriləcək? - Lavrovdan AÇIQLAMA 11 may 2021, 14:59 Lavrov Qarabağdakı sülhməramlıların fəaliyyətindən DANIŞDI 11 may 2021, 14:00 Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı 11 may 2021, 13:45 Rusiyada məktəbə hücum edənlərdən biri öldürülüb - FOTO 11 may 2021, 13:29 Ramazan bayramında nə qədər fitrə zəkatı vermək tövsiyə olunur? 11 may 2021, 13:07 Rüstəm Muradov Moskvaya geri çağırıla bilər - VİDEO 11 may 2021, 12:50 İlham Əliyev Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi 11 may 2021, 12:30 Lavrov Bakıda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO 11 may 2021, 12:19 Sabahın hava proqnozu AÇIQLANDI 11 may 2021, 11:51 İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL 11 may 2021, 11:34 Bayramovla Lavrov arasında görüş başladı 11 may 2021, 11:15