22 Noyabr 2020, Bazar
4 may 2021, 15:04 | Gündəm / İqtisadiyyat
Nazir: “Nəqliyyat məlumatı sisteminin inkişafı CAREC ölkələrinin tranzit potensialını yaxşılaşdıracaq”

Nazir: “Nəqliyyat məlumatı sisteminin inkişafı CAREC ölkələrinin tranzit potensialını yaxşılaşdıracaq”

 



İnteqrasiya olunmuş tranzit və nəqliyyat məlumatı sisteminin inkişafı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (Central Asia Regional Economic Cooperation – CAREC) ölkələrinin nəqliyyat və sərhədlərarası əməliyyatlarını və tranzit potensialını yaxşılaşdıracaq.

"APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 54-cü illik toplantısının "CAREC 20 yaşında: Rəqəmsal transformasiya vasitəsilə regional əməkdaşlığa yeni baxış” adlı sessiyasında bildirib.

Nazir qeyd edib ki, sözügedən sistemin inkişafı iki amilə yol açacaq:

"Birincisi, iqtisadiyyatların daha sıx inteqrasiyasına və malların daha sərbəst hərəkətinə, ikincisi, müəyyən gömrük prosedurlarında əlavə problem və xərc yaradan digər xidmətlərin həllinə, hansılar ki, onlayn formatda göstərilə bilər”.

M. Cabbarov onu da qeyd edib ki, bu kontekstdə beynəlxalq vergi sisteminə və dövlətlər arasında informasiya mübadiləsinə diqqət yetirmək olar.

Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Azərbaycan CAREC Proqramının 2003-cü ildən üzvüdür və hazırda bu əməkdaşlıq proqramının Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan daxil olmaqla 11 üzvü var. Regional əməkdaşlığın təşviq edən bu proqramın nəqliyyat, ticarətin asanlaşdırılması, enerji və ticarət siyasəti kimi 4 prioritet istiqaməti mövcuddur.

Tel-Əviv raket atəşinə tutulub - VİDEO 11 may 2021, 23:09 Kazanda məktəbə hücum zamanı sinif otağından çəkilən görüntülər yayılıb – VİDEO 11 may 2021, 22:51 Prezident İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı veriblər 11 may 2021, 19:18 İlham Əliyev Vladimir Putinə başsağlığı verib 11 may 2021, 19:08 AŞPA vitse-prezidenti: “Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb” 11 may 2021, 18:49 Dayısı Fatmanı yastıqla boğub öldürübmüş… 11 may 2021, 18:37 Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində – Foto 11 may 2021, 18:24 Azərbaycanlı rəssam Türkiyədə vəfat etdi 11 may 2021, 17:44 “2-3 günə Şuşada Türkiyə Konsulluğunun və məktəbin bünövrəsi qoyulacaq” 11 may 2021, 17:27 Yoluxanlarla bağlı bu günə olan statistika 11 may 2021, 16:49 Müdafiə naziri hərbi hissədə olub - Foto 11 may 2021, 16:27 Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar 11 may 2021, 16:09 Zakir Həsənov Azərbaycan ordusunu təbrik etdi 11 may 2021, 15:23 Yeni şura yaradıldı: Şeyx sədr seçildi 11 may 2021, 15:03 Bayden-Putin görüşü keçiriləcək? - Lavrovdan AÇIQLAMA 11 may 2021, 14:59 Lavrov Qarabağdakı sülhməramlıların fəaliyyətindən DANIŞDI 11 may 2021, 14:00 Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı 11 may 2021, 13:45 Rusiyada məktəbə hücum edənlərdən biri öldürülüb - FOTO 11 may 2021, 13:29 Ramazan bayramında nə qədər fitrə zəkatı vermək tövsiyə olunur? 11 may 2021, 13:07 Rüstəm Muradov Moskvaya geri çağırıla bilər - VİDEO 11 may 2021, 12:50 İlham Əliyev Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi 11 may 2021, 12:30 Lavrov Bakıda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO 11 may 2021, 12:19 Sabahın hava proqnozu AÇIQLANDI 11 may 2021, 11:51 İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL 11 may 2021, 11:34 Bayramovla Lavrov arasında görüş başladı 11 may 2021, 11:15