22 Noyabr 2020, Bazar
3 may 2021, 10:52 | Gündəm / Bölgə
İcra başçısı kompensasiya ilə bağlı iddialara cavab verdi

 
 

İcra başçısı kompensasiya ilə bağlı iddialara cavab verdi

 


Sosial şəbəkələrdə Tərtər rayon İcra Hakimiyyəti başçısının müharibə zamanı rayonda evləri dağılmış sakinlərə dövlət tərəfindən ödənilən kompensasiya məbləğinin bir hissəsini tələb etməsiylə bağlı iddia yayılıb. İddiaya görə, evlərin bərpası məqsədilə dövlətin müəyyən etdiyi ödənişi almaq üçün vətəndaş qarşısında məbləğin 25 faizinin icra başçısına çatacağı barədə şərt qoyulub.

"Qafqazinfo” sözügedən məsələylə bağlı elə sözügedən rayonun icra başçısı Müstəqim Məmmədovla əlaqə saxlayıb. O bildirib ki,  evləri dağılmış sakinlərə kompensasiya məbləği İcra Hakimiyyəti yox, Nazirlər Kabineti tərəfindən verilir: "Nazirlər Kabineti tərəfindən ödəniş kartı "Kapital Bank"a göndərilir. Bank tərəfindən bu barədə vətəndaşa məlumat verilir və həmin şəxs də bankdan kartını götürür. Bu prosesdə İcra Hakimiyyətinin heç bir rolu yoxdur. Kimin hansısa şikayəti varsa, prokurorluğa müraciət edə bilər. 

Hazırda 1483 vətəndaşa kompensasiya ödənilib. Bildiyiniz kimi, Tərtərə müharibə zamanı çoxsaylı mərmi düşüb. Ona görə də dağıntılar çoxdur. Fövqəladə Hallar Nazirliyi, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi bu məsələ üzərində işləyir. Komissiya işləyib sənədləri Nazirlər Kabinetinin aidiyyatı qurumlarına təqdim edir. Proses tamamlandıqca vətəndaşlara kompensasiya ödənilir”.

Qeyd edək ki, Prezidentin ötən ilin 14 dekabrında imzaladığı sərəncama əsasən "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” yaradılmış Dövlət Komissiyası tərəfindən mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq işlər aparılır. Ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat , dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat məbləğində kompensasiyalar ödənilir. 

Tel-Əviv raket atəşinə tutulub - VİDEO 11 may 2021, 23:09 Kazanda məktəbə hücum zamanı sinif otağından çəkilən görüntülər yayılıb – VİDEO 11 may 2021, 22:51 Prezident İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı veriblər 11 may 2021, 19:18 İlham Əliyev Vladimir Putinə başsağlığı verib 11 may 2021, 19:08 AŞPA vitse-prezidenti: “Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb” 11 may 2021, 18:49 Dayısı Fatmanı yastıqla boğub öldürübmüş… 11 may 2021, 18:37 Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində – Foto 11 may 2021, 18:24 Azərbaycanlı rəssam Türkiyədə vəfat etdi 11 may 2021, 17:44 “2-3 günə Şuşada Türkiyə Konsulluğunun və məktəbin bünövrəsi qoyulacaq” 11 may 2021, 17:27 Yoluxanlarla bağlı bu günə olan statistika 11 may 2021, 16:49 Müdafiə naziri hərbi hissədə olub - Foto 11 may 2021, 16:27 Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar 11 may 2021, 16:09 Zakir Həsənov Azərbaycan ordusunu təbrik etdi 11 may 2021, 15:23 Yeni şura yaradıldı: Şeyx sədr seçildi 11 may 2021, 15:03 Bayden-Putin görüşü keçiriləcək? - Lavrovdan AÇIQLAMA 11 may 2021, 14:59 Lavrov Qarabağdakı sülhməramlıların fəaliyyətindən DANIŞDI 11 may 2021, 14:00 Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı 11 may 2021, 13:45 Rusiyada məktəbə hücum edənlərdən biri öldürülüb - FOTO 11 may 2021, 13:29 Ramazan bayramında nə qədər fitrə zəkatı vermək tövsiyə olunur? 11 may 2021, 13:07 Rüstəm Muradov Moskvaya geri çağırıla bilər - VİDEO 11 may 2021, 12:50 İlham Əliyev Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi 11 may 2021, 12:30 Lavrov Bakıda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO 11 may 2021, 12:19 Sabahın hava proqnozu AÇIQLANDI 11 may 2021, 11:51 İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL 11 may 2021, 11:34 Bayramovla Lavrov arasında görüş başladı 11 may 2021, 11:15