22 Noyabr 2020, Bazar
19 apr 2021, 13:25 | Gündəm / Siyasət
Prezident fərman imzaladı

Prezident fərman imzaladı

 



Prezident İlham ƏliyevAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb. 

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1459, № 11, maddə 2254; 2020, № 12 (I kitab), maddə 1475) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.5-ci bəndə "adı” sözündən sonra "və "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri” sözləri əlavə edilsin;

1.2. 4.6-cı bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Şuranın sədri və onun müavini (müavinləri) təsisçinin müəyyən etdiyi qaydada və müddətdə vəzifəyə təyin və vəzifədən azad olunurlar.”;

1.3. aşağıdakı məzmunda 4.6-1-ci bənd əlavə edilsin:

"4.6-1. Şura sədrinin müavinlərinin sayını təsisçi müəyyən edir.”;

1.4. 4.11-ci bənddə "iclasın” sözü ", habelə icra orqanının rəhbərinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının” sözləri ilə əvəz edilsin;

1.5. 4.14-3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"4.14-3.2. bu Nizamnamənin 4.11-ci bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;”;

1.6. 4.15.1-ci yarımbəndə "rəhbərlik edir” sözlərindən sonra ", habelə özünün və Qurumun icra orqanlarının vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir” sözləri əlavə edilsin;

1.7. aşağıdakı məzmunda 4.15-1-ci bənd əlavə edilsin:

"4.15-1. Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şura sədrinin müavini (müavinlərindən biri), Şura sədrinin müavini olmadıqda isə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.”;

1.8. 4.18-ci və 4.19-cu bəndlərin ikinci cümlələrinə "sədr” sözündən sonra "və onun müavini (müavinləri)” sözləri əlavə edilsin;

1.9. 4.21-ci bəndə "İdarə Heyəti” sözlərindən sonra "sədrinin müavini (müavinlərindən biri), İdarə Heyətinin müavini olmadıqda isə İdarə Heyəti” sözləri və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"İdarə Heyəti sədrinin müavinlərinin sayını təsisçi müəyyən edir.”;

1.10. 4.24-cü bənd üzrə:

1.10.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

"İdarə Heyətinin sədri Qurumun Nizamnaməsində müəyyən olunmuş müddətdə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir.”;

1.10.2. altıncı cümlədə "İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün)” sözləri "iclasa sədrlik edənin” sözləri ilə əvəz edilsin;

1.11. 4.25.7-ci yarımbənddə "Qurumun” sözü "Özünün və Qurumun struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;

1.12. 4.30-cu bənddə "onu müvafiq əmrlə onun müavinlərindən biri əvəz” sözləri "onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini (müavinlərindən biri) icra” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Tel-Əviv raket atəşinə tutulub - VİDEO 11 may 2021, 23:09 Kazanda məktəbə hücum zamanı sinif otağından çəkilən görüntülər yayılıb – VİDEO 11 may 2021, 22:51 Prezident İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı veriblər 11 may 2021, 19:18 İlham Əliyev Vladimir Putinə başsağlığı verib 11 may 2021, 19:08 AŞPA vitse-prezidenti: “Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb” 11 may 2021, 18:49 Dayısı Fatmanı yastıqla boğub öldürübmüş… 11 may 2021, 18:37 Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində – Foto 11 may 2021, 18:24 Azərbaycanlı rəssam Türkiyədə vəfat etdi 11 may 2021, 17:44 “2-3 günə Şuşada Türkiyə Konsulluğunun və məktəbin bünövrəsi qoyulacaq” 11 may 2021, 17:27 Yoluxanlarla bağlı bu günə olan statistika 11 may 2021, 16:49 Müdafiə naziri hərbi hissədə olub - Foto 11 may 2021, 16:27 Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar 11 may 2021, 16:09 Zakir Həsənov Azərbaycan ordusunu təbrik etdi 11 may 2021, 15:23 Yeni şura yaradıldı: Şeyx sədr seçildi 11 may 2021, 15:03 Bayden-Putin görüşü keçiriləcək? - Lavrovdan AÇIQLAMA 11 may 2021, 14:59 Lavrov Qarabağdakı sülhməramlıların fəaliyyətindən DANIŞDI 11 may 2021, 14:00 Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı 11 may 2021, 13:45 Rusiyada məktəbə hücum edənlərdən biri öldürülüb - FOTO 11 may 2021, 13:29 Ramazan bayramında nə qədər fitrə zəkatı vermək tövsiyə olunur? 11 may 2021, 13:07 Rüstəm Muradov Moskvaya geri çağırıla bilər - VİDEO 11 may 2021, 12:50 İlham Əliyev Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi 11 may 2021, 12:30 Lavrov Bakıda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO 11 may 2021, 12:19 Sabahın hava proqnozu AÇIQLANDI 11 may 2021, 11:51 İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL 11 may 2021, 11:34 Bayramovla Lavrov arasında görüş başladı 11 may 2021, 11:15