Rusiyada mədəndə uçqun: Həlak olan var
Gündəm / Dünya
30-03-2021, 17:46
Rusiyanın Primorsk diyarında yerləşən "Korolevski” mədənində uçqun olub.
Fövqəladə Hallar Nazirliyinin Regional idarəsindən TASS-a verilən məlumatda qeyd olunur ki, insident nəticəsində dağıntılar altında qalan fəhlələrdən biri həlak olub.
Onun cəsədi torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə vaxtı mədəndə 20-dən çox fəhlə olub. Onların hamısı xilas edilib.