TƏNHA ANA UŞAQLARINA ZİBİLLİKDƏN PALTAR YIĞIR - VIDEO

Gündəm / Video
3-12-2020, 11:00
 
 

 
Xəbərekspress.az saytı rəhbəri ile birlikdə saytın əməkdaşları İmişli rayonunda Hicran Abdullayevanın evində oldu.Azadlıq radiosunda Hicran xanımın çıxışını izlədikdən dərhal sonra sayt rəhbəri Ruhiyə xanım Hicran xanımın müraciətinə biganə qala bilmədi.Hicran xanımın dediklerinə görə İmişli rayon icra hakimiyyətinə müraciət etsədə heç bir kömək olmadığını qeyd etdi.Biz dərhal İmişli rayon icra hakimiyyətinə yollandıq.İcra nümayəndəsi əksinə kömək etdiklərini bildirdilər.Lakin sayt rəhbəri Ruhiyə xanım onlardan gələn kömək haqqında dəlil istəsədə icra nümayəndələri heç bir dəlil ortaya çıxara bilmədi.Yenə xəbərekspress.az saytının əməkdaşları,meyvəli bazarının rəhbərliyi,dərnəgüldə yerləşən Tayqa marketinin rəhbərliyi və Milli İrs jurnalının baş redaktorunun təşəbbüsü ilə Hicran xanıma yardım olaraq ərzaq və geyimlə təmin olundu.Belə desək Hicran Abdullayevanın heyatda yaşaması yalnız humanist xalqımızın əlindədir hər kəsdən xaiş edirik Hicran xanımın bu çətin vəziyyətində dəstək olsun.