Ermənistan parlamenti hərbi vəziyyətin davam etməsinə qərar verdi
Gündəm / Dünya
26-11-2020, 21:05
Ermənistan parlamenti ölkədə hərbi vəziyyətin davam etməsinə qərar verib.
Bu barədə "Sputnik” Ermənistan məlumat yayıb.
Parlament "Çiçəklənən Ermənistan” Partiyasının təşəbbüsünü dəstəkləməyib.
Səsvermədə 36 deputat təşəbbüsün lehinə, 56-sı əleyhinə səs verib.
Qeyd edək ki, Ermənistan müxalifəti hərbi vəziyyətin ləğvinin elan edilməsinə, bundan sonra isə Nikol Paşinyanın istefasına nail olmağa çalışır.