Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gündəm / Hadisə
10-11-2020, 15:45
XeberEkspress.az-ın məlumatına görə hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Belə ki, "BMW” markalı avtomobilini sürücüsü 1995-ci il təvəllüdlü İbrahimov Kənan Ağamir oğlu idarəetməni itirərək əvvəlcə yolu keçən piyada 2004-cü il təvəllüdlü Nigar Kərimlini vurub. Daha sonra isə avtomobil yoldan çıxıb və nəticədə yol kənarında olan 11 ağacı qıraraq aşıb. Hadisə nəticəsində 25 yaşlı sürücü K. İbrahimov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 16 yaşlı piyadanın isə həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
XeberEkspress.az








