Bakı şəhər Yasamal rayonunda küçə ticarəti tuğyan edir - FOTO+ VİDEO

Gündəm / Sosial
11-09-2020, 12:00
 
 

Bakı şəhər Yasamal rayonunda küçə ticarəti tuğyan edir - FOTO+ VİDEO

 

Radaksiyamıza Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyədzadə küçəsində "Bahar" aptekinin qarşısında qanusuz olaraq küçə ticarəti ilə məşqul olan obyektlərin fəaliyyət göstərməsi və müvafiq dövlət orqanlarının bu məsələyə göz yumaraq qanunsuzluğa şərait yaradılması barədə məlumat daxil olmuşdur. Faktla bağlı Yasamal rayonu,Dadaş Bünyədzadə küçəsində çəkiliş aparlmış və qanunsuz küçə ticarət obyektlərinin fəaliyyəti aşkarlanmışdır. Qeyd edilən bu küçə ticarəti ilə məşqul olan şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərargahının qəbul etdiyi qərarlara məhəl qoymayaraq, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin pozaraq qanunsuz ticarətlə məşquldurlar.KİV olaraq ölkə ərazisində baş verən qanunsuzluqları, neqativ halları aşkara çıxararaq içtimayəti və müvafiq dövlət orqanlarını bu qanunsuzluqlar barədə məlumatlandırmaq vəzifəmizdir. Düşünürük ki,yaxın günlərdə bu qanunsuz ticarət obyektlərinin fəaliyyəti dayandırılaraq,bu şəxsləri himayə edənlər şəxslər isə cəzalandırılar.

İnsanhuquqlari.az