Məktəbəqədər hazırlıqla bağlı YENİLİK gözlənilir

Gündəm / Mədəniyyət
7-09-2020, 16:22
 
 Məktəbəqədər hazırlıqla bağlı YENİLİK gözlənilir

Azərbaycanda ümumi təhsil pilləsinin dairəsi genişləndirilir.

Xeberekspress.Az-ın xəbərinə görə, bununla bağlı "Təhsil haqqında” qanunun 19.4-cü maddəsinə dəyişiklik təklif edilir.

Həmin maddənin hazırki variantına əsasən, Azərbaycanda ümumi təhsil ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir.

 

Qanun layihəsində isə göstərilir ki, Azərbaycan Respublikasında məktəbəqədər hazırlıq mərhələsi də ümumi təhsil pilləsinə daxil edilməlidir.

Layihədə qanunun 19.6-cı maddəsinə ikinci cümlənin əlavə olunması da təklif olunur.

Həmin cümlədə yazılır ki, ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda təşkil oluna bilər.

Qanun layihəsi Milli Məclisin payız sessiyasının iclaslarında müzakirəyə çıxarılacaq.