Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir

Gündəm / Dünya
12-08-2020, 18:24

Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir

 

Qazaxıstan avqustun 17-dən etibarən bəzi ölkələrlə hava əlaqəsini bərpa edir.

 

Bu barədə "Sputnik Qazaxıstan” xəbər yayır.

Bildirilir ki, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Almaniya, Niderland, Misir, Ukrayna və Rusiya Federasiyasına beynəlxalq reyslər tədricən bərpa ediləcək.