Belarusda prezident seçkiləri ilə bağlı vəziyyət

Gündəm / Dünya
8-08-2020, 17:05

Belarusda prezident seçkiləri ilə bağlı vəziyyət

 



MDB (Müstəqil Dövlətlər Birliyi) Parlamentlərarası Assambleyasının monitorinq missiyasının müşahidəçiləri Belarusda keçirilən prezident seçkilərində növbədənkənar səsvermə zamanı qanun pozuntuları aşkar etməyiblər.

Bu barədə şənbə günü TASS-a missiyanın koordinatoru Dmitri Kobitski məlumat verib:

"Biz çox sayda seçki məntəqəsini ziyarət etdik və erkən səsvermənin necə keçirildiyini araşdırdıq. Hələlik bir pozuntu aşkar etməmişik”.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək, avqustun 4-dən 8-dək növbədənkənar səsvermə keçirilir, burada seçicilərin 32 faizdən çoxu iştirak edib.

Belarus prezidenti postuna dövlət başçısının səlahiyyətlərini icra edən Aleksandr Lukaşenko, "Həqiqəti söylə” ictimai hərəkatının həmsədri Andrey Dmitriyev, parlamentin aşağı palatasının keçmiş deputatı Anna Kanopatskaya, evdar qadın Svetlana Tixanovskaya və "Belarus Sosial Demokratik Hramada” partiyasının sədri Sergey Çereçen namizəddirlər.