Deputatlar qrantlarla bağlı dəyişikliyi təsdiqlədilər

Gündəm / Sosial
30-06-2020, 11:38
 
 

Deputatlar qrantlarla bağlı dəyişikliyi təsdiqlədilər

 

Milli Məclisin iclasında "Qrant haqqında” qanunun 4-cü maddəsinə əlavə üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

Xeberekspress.Az xəbər verir ki, təklif olunan 4.3-cü maddəyə əsasən, QHT-lər qrant müqavilələrinin elektron sistem vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər. 

 

Bu zamana qədər QHT-lər qrant müqavilələrini Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən alırdılar. Qanuna dəyişiklikdən sonra isə QHT-lər həm də müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qrant müqavilələrini qeydə aldırmaq imkanına malik olacaqlar.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.