Mayda hərraclarda nə qədər valyuta satılıb? - FOND MƏLUMAT YAYDI
Gündəm / İqtisadiyyat
1-06-2020, 10:37
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin may ayı ərzində 334 milyon ABŞ dolları məbləğində vəsait satılıb.Bu barədə Marjaya Fonddan bildirilib.
Aprel ayı ilə müqayisədə mayda valyuta satışı 197.1 milyon dollar və ya 37% azalıb. Belə ki, 2020-ci ilin aprel ayı ərzində 531,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin mart ayı ərzində 1 milyard 928,3 milyon ABŞ dolları, fevral ayı ərzində 543,4 milyon ABŞ dolları, yanvar ayı ərzində isə 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.