İşçiləri alçaldan baş həkim Xoşqədəm Hidayətqızını təhqir etdi - VİDEO
Gündəm / Video
23-05-2020, 17:47

Mərkəzi Xəstəxananın baş həkimini etdiyi qoçuluqlar - VİDEO
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışan Emin Hüseyn barəsində
Xeberekspress.az-ın redaksiyasına xəstəxananın işçiləri tərəfindən şikayətlər daxil olub.
Daxil olan şikayətlərdə H.Eminin xəstəxananın işçilərinə qarşı təhqiredici ifadələr işlətməsi, onları
alçaldaraq müəyyən cəzalar verməsi və işçilərə qarşı fiziki şiddətin göstərilməsi öz əksini tapıb.
Xeberekspress.az şikayətlər əsasında Qobustan Rayon Mərkəzi Xəstəxanasının işçiləri Vahidova Xatirə
Miyandaş qızı, Səfərova Dursun Tullan qızı və Şıxıyev Məmmədağa Ağaveys oğlundan müsahibə alıb.
Şikayətçilər müsahibələr zamanı xəstəxananın baş həkimi Emin Hüseynin əməllərindən danışıblar.
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində palata tibb bacısı vəzifəsində çalışan
Vahidova Xatirə Miyandaş qızı koronavirusa yoluxmuş xəstələrə qulluq etdiyi üçün maaşdan əlavə almalı
olduğu 160 manatlıq əlavənin ona verilmədiyini, bundan başqa iş saatından əlavə növbələrə yazıldığı
üçün maaşına hesablanmalı olduğu məbləği də almadığını bildirib və bu pulların baş həkim tərəfindən
mənimsəndiyini deyir. O, baş həkim və mühasibin birgə qəbulunda olarkən də buna etiraz etdiyini, almalı
olduğu ödənişin doğru olmadığını bildirdikdə isə baş həkim qadına qarşı mənəvi şiddət göstərərək özünü
təmizə çıxarmağa çalışıb.
Vahidova Xatirə onlara bizim bilgimiz azdı, savadsızlığımızdan istifadə edib bizi aldadırsınız dedikdə isə
baş həkim Emin Hüseyn ona qarşı səsini ucaldıb, savadsızsan deyərək alçaltmağa çalışıb və guya onlara
savadsız dediyi üçün tibb bacısından "qələt eləmişəm” deməsini istəyərək üzr istəməsini tələb edib. Əks
təqdirdə isə ərizəsi alınaraq işdən uzaqlaşdırılmaqla hədələyib.
Vahidova Xatirə xəstəxanada koronavirusa yoluxmuş xəstələrə xidmət edərkən virusdan qorunmaq üçün
xəstəxana tərəfindən təmin edilən xüsusi geyim, onun üzündə yaralar yaranmasına səbəb olub. Və o,
göstərdiyi bu fədakar xitmətin qarşılığında dövlət tərəfindən ona ayrılan, haqqı olan maaşını tam ala
bilmir, çünki həmin məbləğlər mənimsənilir.
Emin Hüseynin Qobustan RMX-də Kadrlar şöbəsinə təyin etdiyi işçi Elnarə adlı şəxs isə xəstəxanada
çalışan işçiləri işdən çıxararaq müəyyən məbləğ qarşılığında yeni işçilər işə götürmək istədiyini deyir,
buna qarşı çıxan işçilərlə isə sonradan baş həkim Emin Hüseyn görüşərək onlara müəyyən cəza verib,
alçaltmağa, təhqir etməyə çalışır.
Bu haqda isə xəstəxanada xadimə kimi çalışan Səfərova Dursun Tullan qızı məlumat verib. Səfərova
Dursunun bildirdiyinə görə o, həyat yoldaşı və qızı xəstəxanada çalışarkən Elnarə adlı şəxs onların
əvəzinə işçı tapdığını və bunun müqabilində hər şəxsə görə 2000 manat pul təklif edildiyini bildirərək
onları başqa bir işə keçirəcəyini deyib. Onlar buna etiraz etdikdə isə baş həkim Emin Hüseyn onlarla
görüşərək xanımın etiraz etməsinə cəza olaraq həyat yoldaşının önündə bir neçə dəfə oturub durmasını
tələb edərək cəzalandırmağa çalışıb. Bu formada şəxsiyyəti alçaldan şəxslər yekunda həmin xanım və ailə
üzvlərini xəstəxanadan uzaqlaşdırıb.
Şikayət edəcəklərini bildirən işçilərə isə Emin Hüseyn şikayətin ünvanlanacağı tanınmış simanı təhqir
edib, qorxmadığını bildirərək kimə istəsəniz şikayət edin deyib. Və bilidirib ki: "Buranın böyüyü mənəm”.
Xəstəxanada təsərrüfat işləri ilə məşğul olan Şıxıyev Məmmədağa Ağaveys oğlu isə təhqir edildiyini, fiziki
şiddətə məruz qaldığını da bildirib.
Şıxıyev Məmmədağa bildirib ki, ondan xüsusi qoruyucu geyim olmadan koronavirusa yoluxmuş xəstələrin
yatdığı palatalara müxtəlif işlər üçün daxil olması, ixtisası olmadığı halda məcburən elektrik işi görməsi
tələb edilib. Bunları etmədikdə isə mənəvi və fiziki şiddətə məruz qaldığını deyib.
Müsahibimiz əməkdaşlarımıza bunlar barədə video müsahibə verdikdən sonra isə yenidən Emin Hüseyn
tərəfindən şiddətə məruz qalaraq döyüldüyünü redaksiyamıza bildirib.
Xeberekspress.az-ın rəhbərliyi Qobustan Rayon Mərkəzi Xəstəxanasında baş həkim Emin Hüseynlə
görüşüb iddialarla bağlı Emin Hüseynlə müsahiba almaq üçün görüş keçirərkən baş həkim qəzəblənərək
işçilərin haqqlarını müdafiə edən rəhbərliyimiz onun tərəfindən "müxalifətçi” adlandırılıb. Bir neçə il
öncə Müsavat Gənclər Təşkilatının sədrinin birinci müavini postunda təyin edilmiş Emin Hüseynin
vətəndaşların haqqını müdafiə edən media mənsublarına bu kimi ittihamlarla böhtan atması isə gülünc
haldır.
Son günlərdə ölkəmizdə vətəndaşlara qarşı laqeyd yanaşan, onların problemlərini önəmsəməyən, rüşvət
alan və vətəndaşların haqqlarını mənimsəyən vəzifəli şəxslərə qarşı Dövlət Təhlükəsizlik Xidməti
tərəfindən keçirilən əməliyyat tədbirləri, tutulan şəxslərin məsuliyyətə cəlb edilməsi və ölkə Prezidenti
Cənab İlham Əliyevin dəfələrlə bu hadisələrə münasibət bildirməsi, vəzifəli şəxslərin özbaşına əməllərdən əl çəkərək vətəndaşlara xidmət etməli olduqlarını bildirməsi görünür baş həkim Emin Hüseyn
üçün önəm kəsb etmir, etdiyi özbaşınaçılıqlarından və qanunsuz əməllərindən qorxmur.
Hüquqi dövlət olan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına və ölkə başçısının tətbiq
etdiyi siyasətə inamımız və etimadımız tamdır və inanırıq ki, bu məsələ nəzarətə götürüləcək, özbaşınalıq
edərək vətəndaşlarımıza əziyyət verən bu şəxslər öz layiqli cəzalarını tapacaqlar.
Xeberekspress.az