Vətəndaş müharibəsi: 707 jurnalist öldürüldü

Gündəm / Dünya
4-05-2020, 12:00
Vətəndaş müharibəsi: 707 jurnalist öldürüldü
 

Suriyada vətəndaş müharibəsi başlayandan bəri 700-dən çox media nümayəndəsi həlak olub.

Xeberekspress.az xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

"2011-ci ildə ölkədə başlayan savaşda bu günə qədər 6-sı qadın, 9-u əcnəbi olmaqla, ümumilikdə 707 media əməkdaşı həyatını itirib", - məlumatda bildirilib.

Qeyd edilib ki, ölənlərdən 551-i Əsəd rejiminin hücumlarının qurbanı olub.