Mikayıl Cabbarov vergi güzəştlərini açıqladı - Vergi ödəyicilərinin NƏZƏRİNƏ

Gündəm / İqtisadiyyat
17-04-2020, 19:49
Mikayıl Cabbarov vergi güzəştlərini açıqladı - Vergi ödəyicilərinin NƏZƏRİNƏ
 
 
"Vergi Məcəlləsinə dəyişikliklər paketi  hazırlanıb və bütün dövlət qurumları ilə razılaşdırılıb”.
 
Xeberekspress.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Prezidentlə  keçirilən videokonfransda məruzəsində deyib.
 
O qeyd edib ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 1 yanvar 2021- ci ilədək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub:
 
"Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi , əldə olunan gəlirin 75 faizi miqdarında vergi güzəşti kimi. Fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində  tutulan vergi dərəcələrinin 14 faizdən 7 faizə  endirilməsi, ictimai iaşə  və ölkədaxili sərnişindaşıma  fəaliyyəti üzrə  sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və. s tədbirlər nəzərdə tutulur”.Qafqazinfo