Azərbaycanda manat yenidən ucuzlaşacaq? - Devalvasiya şaiyəsi
"İstənilən dünya valyutalarının məzənnəsini şərtləndirən amillər var. Bu gün həmin amilləri təhlil edəndə, indiki vəziyyət üçün Azərbaycan manatının devalvasiyası üçün heç bir təhlükə yoxdur”.
Xeberekspress.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov belə deyib. Onun sözlərinə görə, manatın devalvasiyası yalnız neftin qiymətində ucuzlaşma yarandığı halda baş verə bilər:
"Neftin bir barelinin qiyməti təxminən 30 manata qədər enib, 6-7 ay müddətində bu səviyyədə davam etsə, manatın devalvasiyasına mühit yaranmış olacaq. Əks təqdirdə bu proses baş verməyəcək”.
Lakin iqtisadçı ekspert neftin qiymətinin enməsini də istisna etməyib:
"Baxmayaraq ki, dünya bazarlarında neftin qiymətinin enməsi ilə bağlı bəzi şübhələr və proqnozlar var. Yəni, enmə prosesi gedə bilər. Amma ümumi təhlildə dünya birjalarında həcm indiqatorlarının təhlili onu göstərir ki, belə bir enmə müşahidə olunmayacaq. Bu göstəriciləri nəzərə alsaq, manatın devalvasiyasına şərait yarada biləcək heç bir amil yoxdur”.