Qarabağda erməni əsgərlər kütləvi şəkildə intihar edir - FAKTLAR

Gündəm / Siyasət
18-02-2020, 13:02

Qarabağda erməni əsgərlər kütləvi şəkildə intihar edir - FAKTLAR

 

Dağlıq Qarabağda son aylarda əsgər ölümlərinin kəskin artımı qondarma rejim rəhbərliyini ciddi narahat edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin "müdafiə naziri” Karen Abramyanın istefaya göndəriləcəyi və onun yerinə "Baş Qərargah rəisi” Cəlal Arutunyanın gətiriləcəyi iddia olunur.

Bundan başqa, "Hərbi Polisin rəisi” Artur Baqdasaryanın da istefası gözlənilir. Yanvarın 1-dən Qarabağda 10 erməni hərbçisi ölüb. Onların 6-sı özünə qəsd edib.

2020-ci ilin yanvarından bəri düşmən ordusunda intihar edən hərbçilərin siyahısını təqdim edirik.

Fevralın 15-də Qarabağda əsgər Ayk Asryan (1997-ci il) ölü tapılıb. Onun intihar etdiyi vurğulanıb. Faktla əlqaədar cinayət işi açılıb.

Fevralın 12-də döyüş postlarının birində əsgər Tiqran Manvelyan (2000-ci il) cəsədi tapılıb. Onun odlu silahdan açılan atəş nəticəsində ölməsi müəyyən olunub.

Bununla yanaşı, digər hərbi hissədə Tiqran Mxoyan (2000-ci il) adlı əsgər ölü aşkar olunub. Onların hər ikisinin intihar etdiyi müəyyən olunub.

Fevralın 9-da 2001-ci il təvəllüdlü əsgər Valeriy Nelsonoviç Petrosyan təmas xəttinin cənub istiqamətində ölü tapılıb. Onun odlu silahdan atəş açaraq intihar etdiyi bildirilir.

Yanvarın 30-da Qarabağda döyüş mövqelərindən birində cəsədi tapılan Vaqram Mkrtıçeviç Avakyanın (2000-ci il) intihar etdiyi bildirilir. Əsgərin intiharı ilə bağlı 3 əsgər yoldaşı – David Movsisyan, Xaçik Qasparyan və Spartak Avetisyan saxlanılıb.

28 yanvarda gecə saatlarında təmas xəttinin cənub-şərq istiqamətində (Füzuli rayonu) Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə düşmən ordusunda yeni insident qeydə alındı. Nver Armanoviç Avetisyan (2000-ci il) güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Ağır vəziyyətdə hərbi hospitala aparılan əsgərin intihara cəhd etdiyi ehtimal olunur.

Yanvarın 22-si səhər 6:55 radələrində hərbi hissələrdən birinin ərazisində qeydə alınmışdı.

Hadisə zamanı Henri-Hayk Zakaryan (2001-ci il) və Armen Mesropyan (2000-ci il) güllə yarası alıb. Zakaryanın vəziyyətinin xüsusilə ağır olduğu vurğulanır. Livan ermənisi sayılan Zakaryanın Mesropyana atəş açdığı, bundan sonra özünü vurduğu aydınlaşmışdı.

Bu insidentlərlə paralel, yanvarın 6-da Ermənistan ərazisində yerləşən hərbi hissələrdən birində müqavilə əsasında xidmət keçən Qeqam Viktoroviç Xaçatryan pulemyotdan atəş açaraq özünü öldürüb.