“Nağıllar aləmində” yenidən səhnədə

Gündəm / Mədəniyyət
17-02-2020, 14:25
 “Nağıllar aləmində” yenidən səhnədə
 
Şuşa Dövlət Musiqili Dram Teatrı uşaqları "Nağıllar aləmində” tamaşası ilə sevindirib.

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimovdur.

Tamaşanın əsas obrazı dəcəl qız uşağı İlkanədir. Səhnə əsərində müxtəlif xalqların nağıl qəhrəmanları öz ölkələrinin mədəniyyətindən və tarixindən danışır. Tamaşa boyunca aktyorlar uşaqlarla ünsiyyətdə olub. Tamaşa rəngarəng musiqi nömrələri ilə zəngindir.