Bu tarixə qədər bütün ictimai-iaşə müəssisələrində nəzarət-kassa aparatları quraşdırılacaq
Gündəm / İqtisadiyyat
16-01-2020, 16:08
Əlavə dəyər vergisinin qaytarılması ilə bağlı əsasnamə yaxın bir ay ərzində hazır olacaq.
Oxu.Az xəbər verir ki, bunu Vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
İ.Vəliyevin sözlərinə görə, hər hansı texniki problem olmasa, fevral ayının 1-dək ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək.
Nazir müavini onu da qeyd edib ki, 2021-ci ilə qədər bütün ictimai-iaşə müəssisələrində nəzarət-kassa aparatları quraşdırılacaq.