22 Noyabr 2020, Bazar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyə Suriyada 597 terrorçu məhv edib

Türkiyə Baş Qərargahı Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" əməliyyatı ilə bağlı məlumat yayıb.

Milli.Az Yeni Şafak-a istinadla xəbər verir ki, məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 597 terrorçu məhv edilib. Ötən gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 44 obyekt dağıdılıb.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya və Türkiyə xarici işlər nazirləri Suriya böhranını müzakirə etdi

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xeberekspress.Az APA-ya istinadən xəbər verir ki, Rusiya və Türkiyə xarici işlər nazirləri Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresi ilə bağlı müzakirə aparıblar.

Suriya Milli Dialoq Konqresinin 29-30 yanvar tarixlərində Rusiyanln Soçi şəhərində Suriya hökuməti və müxalif qüvvələrin təmsilçiləri arasında keçirilməsi planlaşdırılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Afrin əməliyyatlarında daha 2 türk əsgər yaralandı

Türkiyənin Afrində keçirdiyi əməliyyatlar zamanı daha 2 hərbçisi yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yaralıların Suriya ilə sərhəddə Hatay vilayətində xəstəxanaya yerləşdirildiyi bildirilib. Yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Xatırladaq ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifəti "Zeytun budağı" hərbi əməliyyatının ilk 4 günü ərzində 7-8 nəfər, düşmən isə 268 nəfər itki verib.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan 3 milyondan çox suriyalı qaçqını qaytarır - HARA və NƏ VAXT?

Türkiyə sayı 3 milyonu keçən suriyalı qaçqınları geri göndərəcək. Trend-in məlumatına görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyəli lider onların qaytarılacağı yeri də açıqlayıb. Belə ki, R.T.Ərdoğan vurğulayıb: "Qaçqınları Suriyada terrorçulardan təmizlənmiş ərazilərə qaytaracağıq".

Türkiyə prezidenti daha sonra qeyd edib: "Türkiyə Suriyanı işğal etmir, əksinə terrorçulardan azad edir".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə İŞİD-in daha bir "nazir"i tutulub

Türkiyənin Şanlıurfa vilayətində İŞİD terror təşkilatının "səhiyyə naziri" Kefah Bəşər Hüseyn tutulub.

Milli.Az xəbər verir ki, bu barədə Trend vilayətin polis idarəsinə istinadən məlumat verir.

Bundan başqa, İŞİD-lə əlaqəsi olan 14 nəfər saxlanılıb. Onlardan 7-si Əlcəzair, 2-si Suriya və 2-si İran, hərəsinə biri olmaqla Niderland, Mərakeş və Misir vətəndaşıdır.

Qeyd edək ki, yanvarın 12-də Türkiyə polisi tərəfindən İŞİD-in "kənd təsərrüfatı naziri" Tariq Əhməd də saxlanlılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səfir: “Aİ və Gürcüstan arasında vizasız rejimin ləğvi planlaşdırılmır”

“Avropa İttifaqı və Gürcüstan arasında vizasız rejimin ləğvinin müzakirə olunması planlaşdırılmır”.


APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Avropa İttifaqındakı (Aİ) nümayəndə heyətinin rəhbəri, səfir Nataliya Sabanadze ölkənin İctimai televiziyasına müsahibəsində deyib. O bildirib ki, Aİ tərəfindən Gürcüstan üçün vizasız rejimin dayandırılacağı ilə bağlı müzakirələrin aparılacağı barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil: “Bu məsələnin nəzərdən keçirilməsi mümkün deyil, lakin ümumilikdə Gürcüstan öz öhdəliklərini yerinə yetirməkdə davam etməlidir. Gürcüstan vətəndaşları tərəfindən də vizasız rejimin qaydalarının pozulmaması vacibdir”.


Qeyd edək ki, Aİ-də Gürcüstanla vizasız rejimin dayandırılması barədə müzakirələrin aparılacağı barədə məlumatlar yayılıb. Qeyd olunub ki, buna səbəb Gürcüstan vətəndaşları tərəfindən Aİ ölkələrində sığınacaq istəməklə bağlı müraciətlərin sayının artmasıdır. Aİ və Gürcüstan arasında vizasız rejim 2017-ci ilin mart ayının 28-də qüvvəyə minib. Gürcüstan vətəndaşları Şengen zonasında 180 gün müddətində maksimum 90 gün vizasız qala bilirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Gözləməsinlər" deyərək Türkiyəni ağlatmışdı - Atası danışdı - VİDEO

Afrində həyata keçirilən "Zeytun budağı" əməliyyatına qatılan türk əsgərlərilə bağlı hazırlanan reportaj hər kəsi duyğulandırmışdı.


Əsgərdən ailəsinə ürək dağlayan sözlər - Məni gözləməsinlər - VİDEO
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "Məni gözləməsinlər" deyən əsgərin ailəsi danışıb.

Bütün Türkiyəni duyğulandıran 24 yaşlı çavuş Mehmet Kuzu ailəsinin qürur mənbəyi olub.

5 övladın ən böyüyü olan Mehmet Kuzu 2 ildir çavuş kimi xidmət edir.

Tekirdağın Saray qəsəbəsində yaşayan ailəsi oğullarını TV-də görüncə çox həyəcanlandıqlarını söyləyib. 50 yaşlı ata Cemil Kuzu: "Oğlum, vətəninə, millətinə çox bağlı bir insan. Həyat yoldaşımla televiziya izləyərkən bir anda oğlumu gördük. Söylədiyi sözlər bizi çox duyğulandırdı. Oğlum ilə qürur duyuruq. Əməliyyatlarda iştirak edən heç bir mehmetciyin ayağına Allah daş dəydirməsin. Dönməyə bilər, vətən üçün hər kəs şəhid olmaq istəyir, bu, çox qürurverici bir şey. Sonuncu dəfə bir saat öncə danışdıq. Yerini söyləmədi. Lazımdırsa, biz də gələk dedim. O da "Sizə gərək yox. Türkiyə olaraq bizə dua edin" dedi. Rəbbim onların köməyi olsun".
Tel-Əviv raket atəşinə tutulub - VİDEO 11 may 2021, 23:09 Kazanda məktəbə hücum zamanı sinif otağından çəkilən görüntülər yayılıb – VİDEO 11 may 2021, 22:51 Prezident İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı veriblər 11 may 2021, 19:18 İlham Əliyev Vladimir Putinə başsağlığı verib 11 may 2021, 19:08 AŞPA vitse-prezidenti: “Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb” 11 may 2021, 18:49 Dayısı Fatmanı yastıqla boğub öldürübmüş… 11 may 2021, 18:37 Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində – Foto 11 may 2021, 18:24 Azərbaycanlı rəssam Türkiyədə vəfat etdi 11 may 2021, 17:44 “2-3 günə Şuşada Türkiyə Konsulluğunun və məktəbin bünövrəsi qoyulacaq” 11 may 2021, 17:27 Yoluxanlarla bağlı bu günə olan statistika 11 may 2021, 16:49 Müdafiə naziri hərbi hissədə olub - Foto 11 may 2021, 16:27 Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar 11 may 2021, 16:09 Zakir Həsənov Azərbaycan ordusunu təbrik etdi 11 may 2021, 15:23 Yeni şura yaradıldı: Şeyx sədr seçildi 11 may 2021, 15:03 Bayden-Putin görüşü keçiriləcək? - Lavrovdan AÇIQLAMA 11 may 2021, 14:59 Lavrov Qarabağdakı sülhməramlıların fəaliyyətindən DANIŞDI 11 may 2021, 14:00 Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı 11 may 2021, 13:45 Rusiyada məktəbə hücum edənlərdən biri öldürülüb - FOTO 11 may 2021, 13:29 Ramazan bayramında nə qədər fitrə zəkatı vermək tövsiyə olunur? 11 may 2021, 13:07 Rüstəm Muradov Moskvaya geri çağırıla bilər - VİDEO 11 may 2021, 12:50 İlham Əliyev Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi 11 may 2021, 12:30 Lavrov Bakıda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO 11 may 2021, 12:19 Sabahın hava proqnozu AÇIQLANDI 11 may 2021, 11:51 İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL 11 may 2021, 11:34 Bayramovla Lavrov arasında görüş başladı 11 may 2021, 11:15