Suriyada İsraillə sərhəddə silahlı toqquşma gedir

Dünya
14-11-2025, 11:38
Suriyada İsraillə sərhəddə silahlı toqquşma gedir



Suriyanın cənubundakı Suveyda əyalətində qeyri-qanuni silahlı qrupların yaşayış məntəqələrinə hücumlar təşkil etdiyi bildirilib.


Bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.


Məlumata görə, qeyri-qanuni silahlı qruplar hücumu Suveyda əyalətinin Velqa, Tel əl-Əkra, Tel Hadid və Məzraa bölgələrində minaatan və ağır pulemyotlarla həyata keçirir.