Ukraynaya yeni mobil hava hücumundan müdafiə sistemi göndərəcəklər

Dünya
16-01-2025, 20:30
Ukraynaya yeni mobil hava hücumundan müdafiə sistemi göndərəcəklər
Böyük Britaniya Ukraynaya yeni mobil hava hücumundan müdafiə sistemi göndərəcək.

Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat verib.

O, bu haqda Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı danışıb. Britaniya hökumətinin başçısı sistemin xüsusiyyətlərinin Ukraynanın ehtiyaclarını ödəyəcəyini vurğulayıb.