Norveçdə qatar relsdən çıxdı
Dünya
24-10-2024, 21:00

Xeberekspress.az xəbər verir ki, bu barədə Norveçin TV2 telekanalı məlumat yayıb.
Polis qatarda 90 sərnişinin olduğunu bildirib. Onların arasında bir neçə yaralı var, həyatları təhlükədə deyil.
Hüquq-mühafizə orqanının əməkdaşı TV2-yə bildirib ki, bütün sərnişinlər təxliyə edilib.
Qəzanın səbəbləri barədə məlumat yoxdur.