İranın Xuzistan əyalətində partlayış - Ölənlər var
Dünya
10-08-2023, 13:15

İranın Xuzistan əyalətində güclü partlayış olub.
Hadisə əyalətin Bağ Malik şəhərinin Əbu əl-Abbas rayonunun Lalab kəndində qeydə alınıb. Hadisə nəticəsində 6 nəfər ölüb.
Əyalətin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri bildirib ki, partlayış nəticəsində həlak olanlardan beşi kişi, biri qadındır.
O, partlayışın səbəbi haqqında məlumatsız olduğunu vurğulayıb.