Bunun sayəsində Ərdoğan Türkiyəni gücləndirir

Dünya
6-11-2022, 14:00
Bunun sayəsində Ərdoğan Türkiyəni gücləndirir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə açıq ünsiyyət xəttini saxlayır. Bu əlaqələr Ukrayna taxıl axınının saxlanmasına kömək etdi. Bu səbəbdən o öz təsirini gücləndirməyi və Türkiyənin imkanlarını genişləndirməyi bacarır.

Bu barədə "Voll Strit" jurnalı məlumat yayıb.

"Son aylarda Türkiyənin ən məşhur silah istehsalçısı "Baykar" PUA istehsalı üçün gücünü ikiqat artıracaq yeni fabrikin tikintisinə başlayıb. Ötən ay Türkiyə Ukraynanın müdafiə naziri Aleksey Reznikovun da iştirak etdiyi mərasimdə Ukrayna Hərbi Dəniz Qüvvələrinə yeni korvet təhvil verib.

Türkiyə Ukrayna Prezidenti Vladimir Zelenskinin geyindiyi qoruyucunu, həmçinin Ukrayna qüvvələri üçün gülləkeçirməz gödəkçə və hərbi texnikanı tədarük edib.

Bununla bərabər, Putin Ukraynanın Qara dənizdən keçən taxıl ixracını blok edəcəyi ilə hədələdikdə, Ərdoğan həyati əhəmiyyət daşıyan tədarükləri saxlamaq və qlobal ərzaq qiymətlərinin artmasının qarşısını almaq üçün addım atdı və buna nail oldu", - məlumatda qeyd edilib.