Türkiyədə avtobus aşdı: ölən və yaralananlar var

Dünya
28-03-2022, 10:15
Türkiyədə avtobus aşdı: ölən və yaralananlar var

Türkiyədə Ərzurum-Ərzincan magistral yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

İğdırdan Ankaraya gedən sərnişin avtobusu yolun kənarındakı ağaclara çırpılaraq aşıb.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha 33 nəfər yaralanıb. Əraziyə təcili yardım maşınları, polis və jandarm qüvvələri cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Hadisənin başvermə səbəbi açıqlanmır.