22 Noyabr 2020, Bazar
3 may 2021, 09:00 | Dünya
Kazanda Paşinyan NƏYƏ RAZILIQ VERİB? - İLGİNC İDDİA

 
 

Kazanda Paşinyan NƏYƏ RAZILIQ VERİB? - İLGİNC İDDİA

 

Hazırda Üçtərəfli Bəyanatda Bakı-Moskva-Ankara danışıqlarının yekunu olaraq reallaşmasına ən yaxın olan məsələ Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Bəzi məlumatlara görə, ötən həftə Avrasiya İttifaqının Rusiyanın Kazan şəhərində keçirilən toplantısı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan gizli şəkildə "Zəngəzur danışıqları”nda iştirak edib. Seçkilərə görə hələlik erməni ictimaiyyətindən gizli saxlanılan görüşdə vacib razılaşmalar əldə edilib. Daha doğrusu, Paşinyan fakt qarşısında qoyulub. Çünki, regionun yeni geosiyasi və geoiqtisadi xəritəsi Azərbaycan-Türkiyə-Rusiya triosu tərəfindən cızılır.

Bunu Moderator.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

"Ehtimal olunur kı, 2021-ci ilin dekabrın 1-dən, ən geci 1 yanvar 2022 -ci ildən Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur avtomagistralı tam hazır olacaq. Təxminən eyni vaxtda Ermənistandan İrana və Rusiyaya nəqliyyat yolu da açıla bilər. Bununla da Üçtərəfli Bəyanata uyğun olaraq, ilkin mərhələdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı və Türkiyəni birləşdirəcək Zəngəzur avtoyolu istifadəyə veriləcək”, deyə politoloq əlavə edib.

Zaur Məmmədov bildirib ki, dəmir yolunun istifadəsi bir qədər vaxt aparacaq: "Bunun üçün dəmir yolunun keçəcəyi bütün ərazilərdə relslərin yenilənməsinə, bəzi yerlərdə isə tikintisinə ehtiyac var. Tezliklə işğaldan azad edilmiş ərazilərimizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasına başlanılacaq. Ermənistan ərazisindəki dəmiryolu xəttinin bərpası ilə Rusiya məşqul olacaq”.

Zaur Məmmədovun sözlərinə görə, Lavrovun bu həftə İrəvana, gələn həftə isə Bakıya baş tutacaq səfərləri də əldə edilmiş razılıqların möhkəmləndirilməsi məqsədi daşıyır: "Eyni zamanda qeyd etmək lazımdır kı, təhlükəsizliyi Rusiyanın zəmanətində olacaq Zəngəzur nəqliyyat yolunun işə salınmaması üçün Vaşinqtondakı müəyyən qüvvələr hərəkətə keçiblər. ABŞ erməni diasporası, Dövlət Departamentindəki məşhur ermənipərəst siyasətçilər Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin mülayimləşməsinə qarşıdırlar. Digər tərəfdən, ABŞ -dakı dərin dövlət də bu layihənin reallaşmasına müsbət yanaşmır. Avrasiyanın mərkəzindən keçəcək bu xəttin Rusiyanın "kurasiyası” altında olmasından Vaşinqton məmnun deyil və belə vacib yola özləri nəzarət etmək istəyirlər. Baydenin son soyrıqım bəyanatı da buna hesablanmışdı”.

Tel-Əviv raket atəşinə tutulub - VİDEO 11 may 2021, 23:09 Kazanda məktəbə hücum zamanı sinif otağından çəkilən görüntülər yayılıb – VİDEO 11 may 2021, 22:51 Prezident İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı veriblər 11 may 2021, 19:18 İlham Əliyev Vladimir Putinə başsağlığı verib 11 may 2021, 19:08 AŞPA vitse-prezidenti: “Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb” 11 may 2021, 18:49 Dayısı Fatmanı yastıqla boğub öldürübmüş… 11 may 2021, 18:37 Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində – Foto 11 may 2021, 18:24 Azərbaycanlı rəssam Türkiyədə vəfat etdi 11 may 2021, 17:44 “2-3 günə Şuşada Türkiyə Konsulluğunun və məktəbin bünövrəsi qoyulacaq” 11 may 2021, 17:27 Yoluxanlarla bağlı bu günə olan statistika 11 may 2021, 16:49 Müdafiə naziri hərbi hissədə olub - Foto 11 may 2021, 16:27 Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar 11 may 2021, 16:09 Zakir Həsənov Azərbaycan ordusunu təbrik etdi 11 may 2021, 15:23 Yeni şura yaradıldı: Şeyx sədr seçildi 11 may 2021, 15:03 Bayden-Putin görüşü keçiriləcək? - Lavrovdan AÇIQLAMA 11 may 2021, 14:59 Lavrov Qarabağdakı sülhməramlıların fəaliyyətindən DANIŞDI 11 may 2021, 14:00 Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı 11 may 2021, 13:45 Rusiyada məktəbə hücum edənlərdən biri öldürülüb - FOTO 11 may 2021, 13:29 Ramazan bayramında nə qədər fitrə zəkatı vermək tövsiyə olunur? 11 may 2021, 13:07 Rüstəm Muradov Moskvaya geri çağırıla bilər - VİDEO 11 may 2021, 12:50 İlham Əliyev Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi 11 may 2021, 12:30 Lavrov Bakıda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO 11 may 2021, 12:19 Sabahın hava proqnozu AÇIQLANDI 11 may 2021, 11:51 İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL 11 may 2021, 11:34 Bayramovla Lavrov arasında görüş başladı 11 may 2021, 11:15