Bu ölkədə hərbi təyyarə yoxa çıxdı

Dünya
1-04-2021, 23:04

Bu ölkədə hərbi təyyarə yoxa çıxdı

 

Nigeriyanın şimal-şərqində Boko-Haram terror təşkilatına qarşı əməliyyata qatılacaq hərbi təyyarə yoxa çıxıb.

Xeberekspress.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya Hava Qüvvələri İctimaiyyətlə Əlaqələr və İnformasiya direktoru Edvard Qabkvet hərbi təyyarənin Borno vilayətində itdiyini bildirib.

 

Onun sözlərinə görə, əlaqənin itməsinin səbəbi hələlik bəlli deyil:

"Təyyarə ilə martın 31-də yerli vaxtla 17:08-də əlaqə kəsilib”.