Çavuşoğlu Azərbaycanı təbrik etdi

Dünya
17-11-2020, 12:09

Çavuşoğlu Azərbaycanı təbrik etdi

 

32 il öncə müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı ərazilərini də azadlığa qovuşdurublar.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitterdə qeyd edib.

"1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad olunan torpaqlarda dalğalanır! Milli Dirçəliş Günün mübarək, Can Azərbaycan!”, - o bildirib.