İsmayıllıda evlər və mağazalar yanır - VİDEO+FOTOLAR

Bölgə
25-07-2023, 13:05
İsmayıllıda evlər və mağazalar yanır - VİDEO+FOTOLAR
İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, bu gün saat 12:00 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində yerləşən bir evdə başlayan yanğın qısa vaxtda böyük ərazini əhatə edib. Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

İndiyədək ərazidə 2 ev və 3 mağaza yanıb. Hazırda yanğın davam edir, getdikcə genişlənən alovun qarşısını almaq çətinləşib. Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda evlər və mağazalar yanır - VİDEO+FOTOLAR
İsmayıllıda evlər və mağazalar yanır - VİDEO+FOTOLAR
İsmayıllıda evlər və mağazalar yanır - VİDEO+FOTOLAR