Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
30-12-2019, 18:20

Tibbi sığorta səhiyyəni rüşvətdən təmizləyəcək? - Həkimlər xəstə axtarışında…

Tibbi sığorta səhiyyəni rüşvətdən təmizləyəcək? - Həkimlər xəstə axtarışında…
 
Mövcud durumda vətəndaşları düşündürən əsas məsələlərən biri də gələn ildən tətbiq olunacaq icbari tibbi sığortanın nə dərəcədə effektiv olacağıdır.

Bu səhiyyə sistemindəki mövcud durumu dəyişəcəkmi?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib ki, sistem tətbiq edildikdən sonra həkimlərə əməkhaqlarının verilməsi qaydalarının hazırlanması artıq yekunlaşıb.

Onun sözlərinə görə, hazırda həkimlərə əməkhaqları dərəcələrlə, vahid tarif cədvəli ilə verilir:

"Biz həmin dərəcəni, tarif cədvəlini saxlamaqla, onun üzərinə sabit bir məbləğ əlavə edirik. Bu, o deməkdir ki, tibbi personal xəstəsinin olub-olmamasından asılı olmayaraq, həmin sabit məbləği alacaq. Onun üzərinə də dəyişən məbləğ, başqa sözlə bonus əlavə olunacaq. Bu bonus da xəstənin sayı ilə bağlı olacaq”.

Zaur Əliyev qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiq edildiyi pilot tibb müəssisələrində həkimlərin orta aylıq əməkhaqqı 960 manata çatıb:

"Bu gün həmin müəssisələrdə cərrahlar hətta bütün vergiləri ödədikdən sonra 3000-6000 manata qədər əməkhaqqı alırlar. Bizim məqsədimiz də odur ki, həkimlərimiz həmişə yüksək əməkhaqqı alsınlar. Bu da maliyyə imkanları ilə bağlıdır. Sistem işlək olduqdan sonra, maliyyə mənbələri artıqca həkimlərin də əməkhaqları davamlı olaraq artacaq. Həkimlərə də bildirmək istəyirəm ki, ilk dövrlərdə müəyyən çətinliklər ola bilər. Amma bunu anlayışla qarşılamaq lazımdır”.

Həkim-terapevt Rasif Bağırov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, həkimlərin əmək haqqının saxlanılması ilə onun üzərinə bonusun əlavə olunması müsbət haldır:

"Məlumdur ki, həkimlərin qəbul etdiyi xəstə sayı eyni olmur. Xəstə sayına uyğun bonusun həkimin əmək haqqına əlavə edilməsi təqdirəlayiqdir, amma əsas məsələ həmin bonusun məbləği ilə bağlıdır. Ümumi qaydada deyirlər ki, pilot rayonlarda həkimlərin əmək haqqı 900-1000 manata çatıb. Pilot layihənin necə həyata keçirildiyi ilə bağlı dəqiq məlumatlarım yoxdur, amma həmin rayonlarda olan bir neçə poliklinikadan bildirilib ki, əvvəllər 200 manat əmək haqqı alan həkimləri indi 400-500 manat alırlar. Doğrudur, onlar bunu böyük rəqəm hesab edirlər, amma görünür ki, verilən bonusların miqdarı kifayyət etmir ki, həkimlər daha yüksək maaşla təmin olunsunlar. Açıqlanan 900 manat və sair rəqəmlər görünür, taarif cədvəli ilə ən yüksək maaşın üzərinə gələn bonusun nəticəsində olan əmək haqlarıdır. İlkin işə başlayan və orta dərəcəli həkimlərlə bağlı məsələdə bu elə də yüksək məbləğ etmir”.

Rasif Bağırov bildirir ki, qaydalara görə, həkimlərin əmək haqqlarına hər 5 ildən bir və müəyyən dərəcələrə görə əlavələr olur:

"Belə olduğuna görə 30 ildən yuxarı təcrübəsi olan həkimin əmək haqqı ilə 5-10 il təcrübəsi olan həkimin maaşı arasında böyük fərqlər olur. Elə həkimlər var ki, 30 ildən çox təcrübəsi var, amma kifayət qədər biliyi yoxdur. Onların qəbul etdiyi xəstə sayı da azdır. Amma həmin həkimlərin əmək haqqlarının üzərinə bonus gəlinən zaman, onların maaşları kifayət qədər savadlı həkimlərin maaşından daha yüksək olacaq. Bu zaman haradasa ədalət prinsipi pozulmuş olur. Düşünürəm ki, bu proses elə qurulmalıdır ki, həkimlərin aldığı əmək haqqı onların çəkdikləri əziyyətə odekvat olsun”.

"Azərbaycan şəraitində xəstələr tərəfindən həkimlərə "zəhmət haqqı”-nın verilməsi sirr deyil. Belə görünür ki, icbari tibbi sığortanın tətbiqi Azərbaycan səhiyyəsində mövcud vəziyyəti dəyişməyəcək. Yəni açıq desək, həkimlərin maddi durumu rüşvət faktorunun aradan qalxmasına imkan verəcəkmi?”

Həkim terapevt bildirir ki, ölkədə qiymətlərin bahalaşması və digər amillər nəzərə alınarsa, demək olar ki, tibb işçilərinin 400-500 manat əmək haqqı alması ilə "rüşvət” məsələsi aktuallığını itirməyəcək:

"Vətəndaşın əldə etdiyi pulla bazar qiymətləri üst-üstə düşməyincə, bu məsələ aktual olaraq qalacaq. Əmək haqqlarının artırılması ilə yanaşı, ölkə iqtisadiyyatının yüksəlişi, pulun dəyər qazanması vətəndaşların dolanışığında kifayət qədər rol oynaya bilər. Bununla belə, həkimlərin əmək haqqlarının artırılması müsbət haldır, amma burada bir qədər əvvəl dediyim ədalət prinsipi - həkimlərin çəkdiyi zəhmətə görə aldığı bonusun məbləğinin uyğunlaşması əsas məsələdir. Ümumiyyətlə icbari tibbi sığortanın effektsiz olacağını demək olmaz. Az da olsa, müəyyən təsirləri olacaq. Ola bilər ki, gələcəkdə - icbari tibbi sığorta oturuşan zaman bəzi dəyişikliklər edilsin”.

XƏBƏR LENTİ
13:13 | Etirazçılar Trampı Ağ Evin bunkerində gizlənməyə məcbur etdi- SON DƏQİQƏ 12:50 | "Ən çox təhqirə məruz qalan şəxslərdən biri mənəm"- Milli Məclisin sədr müavinindən ŞOK AÇIQLAMA 12:26 | Milli Məclis tarixində bir İLK OLDU 12:05 | Ailə üzvlərində koronavirus aşkarlanan abituriyent imtahana BURAXILMAYACAQ 11:44 | Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik? 11:41 | Parlamentin növbədənkənar sessiyasının ilk iclası başladı 10:56 | Bərdədə oğul anası və bacısını güllələyib – Rəsmi açıqlama 10:37 | Mayda hərraclarda nə qədər valyuta satılıb? - FOND MƏLUMAT YAYDI 09:58 | Buraxılış imtahanlarının vaxtı açıqlandı - QRAFİK 09:24 | Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO 09:10 | 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür! 21:12 | "Dərs vaxtı" verilişinin sabahkı cədvəli 20:52 | Mərkəzi Bankdan vaxtı keçmiş kreditlərlə bağlı AÇIQLAMA 18:23 | ABŞ-dakı etirazlara “Anonymous” haker qrupu da qoşuldu 18:02 | Azərbaycanda daha 101 nəfər koronavirusdan sağaldı - RƏSMİ 17:58 | Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 248 yeni yoluxma - RƏSMİ 16:15 | Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ 16:13 | Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu 15:28 | “Mall”lar bu gün niyə açılmayıb? - RƏSMİ CAVAB 14:28 | Türkiyə parlamentinin sədri Sahibə Qafarovaya zəng etdi 14:00 | Zakir Həsənov Milli Məclisdə tənqid edildi: Azərbaycanca danışa bilmir 13:57 | İyun ayında da 190 manat verilsin! – Deputatdan təklif