Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
11-06-2019, 16:33 Oxunub: 13

DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq

DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq

"Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi "Qaydalar hamı üçündür: nümunəvi sürücü və yol polisi əməkdaşlarının cəmiyyətə tanıdılması” layihəsinin icrasına başlayır.

Birlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, layihə AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində Azərbaycanda yol hərəkəti qaydalarının təbliği, qəzaların səbəbləri, qarşısının alınması üçün tədbirlər, parklanma ilə bağlı problemlər, sürücü məsuliyyəti ilə bağlı maarifləndirmə işləri aparılacaq, xidmətdə fərqlənən DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq.

Bakı və Gəncə şəhərlərində təşkil olunacaq tədbirlərdə yol hərəkəti qaydalarının təbliği, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələləri üzrə biliklərin tədqiqi təşviqi, yol qəzalarının, o cümlədən piyada vurma hadisələrinin əsas səbəblərinin araşdırılması, yol hərəkəti iştirakçılarının yol hərəkəti sahəsində şüurunun, onların Dövlət Yol Polisinin əməkdaşları ilə qarşılıqlı əlaqələrinin formalaşdırılması istiqamətində maarifləndirmə işləri aparılacaq.

Əsas məqsəd baş verən yol qəzalarının ağır fəsadlara səbəb olması və bu hallardan kimsənin sığortalanmadığını nəzərə alaraq bütün yol hərəkəti iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə istiqamətləndirməkdir.

Layihə çərçivəsində Dövlət Yol Polisi əməkdaşları və yol hərəkəti qaydalarına əməl edən nümunəvi sürücülər seçilərək mükafatlandırılacaq və onlar cəmiyyətə tanıdılaraq müsbət təcrübələri təbliğ ediləcək.

Layihənin rəhbəri "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlıdır. Layihədə iştirak etmək istəyən sürücülər öz avtomobillərinin texniki şəhadətnaməsi və sürücülük vəsiqələrinin fotolarını çəkib avtosfertv@gmail.com elektron ünvanına göndərə bilərlər.
XƏBƏR LENTİ
18:05 | Müdafiə Nazirliyi ermənilərin keçirdiyi təlimin görüntülərini yaydı - Video 17:50 | Paşinyan Aprel döyüşlərinin məğlub generallarını orduya qaytarır 17:36 | Yevlaxda qəbiristanlıqda yanğın olub 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Azərbaycanlı və gürcü ekspertlər Keşikçidağ məbəd kompleksinə gedəcəklər 16:43 | Abşeronda dava - jurnalist xəsarət aldı - FOTO 16:25 | 3 uşaq anasını qaçırıb vəhşicəsinə öldürdülər - Səfirlik işə qarışdı 16:08 | Zakir Həsənov: “Şəhid mayor mənim əmrimi icra edib” 12:39 | Mişel Platini həbs olunub 12:19 | Son dəqiqə: sərhəddə partlayış, zəlzələ meydana gəldi 11:59 | Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi 11:47 | Fədayə Laçının heç yerdə olmayan videosu yayıldı 11:33 | Bakıda lombarda saxta qızıl verdilər 11:20 | Azərbaycanlı miqrantlar Yunanıstana keçə bilmədi 10:51 | Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik - Zakir Həsənov 10:35 | 8 nəfərin güllələndiyi qan davasının - Təfərrüatı 15:51 | Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib 15:25 | Ağstafadakı kütləvi qətlin təfərrüatı məlum oldu - Şok detallar 14:02 | Görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb 13:31 | Yazdığı statusa görə Yazıçılar Birliyindən çıxarıldı - QALMAQAL 13:10 | Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib 12:52 | Bazara girib 8 nəfəri güllələdi, 4-ü öldü, digərləri isə... - Azərbaycanda dəhşətli hadisə (yeniləndi)