22 Noyabr 2020, Bazar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Azərbaycan erməni saxtakarlığını BMT-də ifşa edir

 

BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi - Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın baş katibi Antonio Quterreşin adına məktubu dərc olunub.

 

 

Məktubda Ermənistan prezidenti Serj Sarkisyanın 2018-ci il yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasının tribunasından səsləndirdiyi saxta fikirlər əsaslı şəkildə ifşa olunur. Azərbaycanın daimi nümayəndəsi qeyd edir ki, Ermənistan tarixi hadisələrin yalançı versiyaları və uydurma hüquqi dəlillərdən istifadə edərək, Azərbaycana və onun xalqına qarşı öz təcavüzkar siyasətini və törətdiyi cinayətləri ört-basdır etmək üçün bir daha beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Tarixi aspektlərə gəldikdə isə məktubda xatırladılır ki, ermənilərin Dağlıq Qarabağ regionuna və ümumilikdə Cənubi Qafqaza köçürülməsi XIX əsrdə - o zaman çarizmin mövcud demoqrafik vəziyyətin və ərazi strukturunun dəyişdirilməsinə yönəlmiş müstəmləkəçilik siyasəti çərçivəsində başlayıb. 

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın Milli Məclisdə illik məruzəsi dinlənilib

 

Fevral 13-də Milli Məclisin plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.

AZƏRTAC xəbər verir ki, ədliyyə nazirinin müavini Vilayət Zahirov illik məruzəni təqdim edib.

Bildirilib ki, 2017-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə 62 min 618 bələdiyyə aktı daxil olub. Onlardan 60 min 444 (97 faiz) akt qanunvericiliyə uyğun hesab edilib. Qanunvericiliyin tələblərinə uyğun olmayan 1978 aktın isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə müraciət olunub. Nazirliyin təkliflərinin əsasında onlardan 740-ı ləğv edilib, 714-ü dəyişdirilib, digərləri isə baxılmaqdadır. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində isə 2170 bələdiyyə aktı ekspertizadan keçirilib, onlardan bir akt qanunsuz olduğu üçün ləğv edilib. Bələdiyyə aktlarının hüquqi ekspertizası nəticəsində 1883 hektar torpaq sahəsinin icarəyə, 576 hektar torpaq sahəsinin istifadəyə, 175 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə verilməsi müəyyən edilib və həmin qərarlar verilmiş təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən ləğv olunub. Bütövlükdə 2636 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.

Diqqətə çatdırılıb ki, protokollar, eləcə də müraciətlər əsasında araşdırma zamanı ölkə üzrə bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 4378 tövsiyə göndərilib. Hesabat ilində Ədliyyə Nazirliyinə, o cümlədən nazirliyin rəhbərliyinin səyyar qəbullarından və "qaynar xətlər”dən bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətlərin sayında 2016-cı illə müqayisədə ciddi artım müşahidə edilməyib. 2017-ci ildə 2252 müraciət daxil olub ki, onlardan 1888-nə baxılaraq əsaslandırılmış cavablar verilib, 41 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılıb. Daxil olmuş 51 müraciətdə qaldırılan məsələ öz müsbət həllini taparaq təmin edilib.

Nazir müavini diqqətə çatdırıb ki, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi sahəsində tədbirlər davam etdirilir.

Deputatlar illik məruzə haqqında fikir və təkliflərini səsləndiriblər.

Sonra müzakirə olunan məsələ səsə qoyularaq qəbul edilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Paul Riçard Gallager: Azərbaycanda tolerantlığın səviyyəsi və dini icmalara hörmət təqdirəlayiqdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə ediblər. 1997-ci ildə 24-27 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və 2015-ci il 6 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vatikana rəsmi səfərlərinin, eləcə də Roma Papası II İoan Pavelin 2002-ci il mayın 22-də və Papa Fransiskin 2016-cı il oktyabrın 2-də ölkəmizə həyata keçirdikləri tarixi səfərlərin Azərbaycan-Vatikan əlaqələrində yeni mərhələ açdığı xüsusi vurğulanıb.

Azərbaycanın tarixən müxtəlif mədəniyyətlər və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirən nazir Elmar Məmmədyarov Azərbaycanın milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgəyaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq etdiyini diqqətə çatdırıb. Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb.

Ölkəmizdə olmasından məmnunluğunu bildirən Paul Riçard Gallager Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüşdə çox faydalı müzakirələrin aparıldığını bildirib. Azərbaycanda katolik icmasına göstərilə dəstək və qayğıya görə öz təşəkkürünü bildirən arxiyepiskop ölkəmizdə tolerantlığın səviyyəsini və digər dini icmalara hörməti yüksək qiymətləndirib.

2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunduğunu bildirən Elmar Məmmədyarov Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirildiyini və Vatikan nümayəndəsinin sözügedən konfransda iştirakını təqdirəlayiq bir hal kimi qiymətləndirib.

Müqəddəs Taxt-tacın Mədəniyyət üzrə Pontifik Şurası ilə Heydər Əliyev Fondu arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən tərəflər bu sahədə əməkdaşlığın daha da inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna rolunu qeyd ediblər. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Vatikanda bir sıra tarixi abidələrin, ələlxüsus katakombaların bərpası məsələsi yüksək qiymətləndirilib.

Ölkəmizin orta əsr tarixi ilə bağlı Vatikanın arxivlərində çoxlu sayda qiymətli sənədlərin mövcud olduğunu xatırladan Elmar Məmmədyarov sözügedən yazıların üzə çıxarılmasında göstərdiyi dəstəyə görə Vatikana öz dərin təşəkkürünü bildirib və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində xalqımıza aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib. Habelə Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsinə toxunan nazir Elmar Məmmədyarov bildirib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Nazir Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qaldığını diqqətə çatdırıb.

Görüşdə bu gün dünyada artmaqda olan rasizm, ksenofobiya, etnik və dini zəmində nifrət meyilləri, münaqişələrə dini don geyindirmək cəhdlərinə münasibətdə qarşılıqlı narahatlıq ifadə edilib.

Həmçinin tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafı, yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Prezident İlham Əliyev iranlı həmkarını təbrik edib

 

Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərib.

Xeberekspress.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, İran İslam Respublikasının milli bayramı - İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsini özündə bariz şəkildə əks etdirir. İnanıram ki, qarşılıqlı səylərimizlə bundan sonra da həm ikitərəfli qaydada, həm də regional layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etməsinə töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim sülh və rifah arzulayıram".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

 

Fevralın 9-da İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 39-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

Səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 39 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurların əldə edildiyini vurğulayıb. Qeyd edib ki, İran İslam Respublikası bu müddətdə regional sabitlik amili kimi çıxış edib, terrorizmin qarşısını almaq üçün ciddi və təsirli addımlar atıb. Terrorizm və radikalizmə qarşı mübarizə regional və beynəlxalq əməkdaşlıq tələb edir. Bu sahədə ikili standartlardan çəkinmək lazımdır.

Ölkələrimiz arasındakı münasibətlərdən danışan diplomat deyib ki, İran ilə Azərbaycan arasındakı dostluq və qardaşlığa əsaslanan əlaqələr gündən-günə inkişaf edir. Dövlət başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm dayaq olub. Biz iki qardaş xalq arasında olan çoxşaxəli əməkdaşlıqlar, qırılmaz tellər yaratmışıq. Son illər ərzində hər iki ölkə arasında qarşılıqlı turist mübadiləsinin artması ölkələrimiz arasındakı dostluğun nəticəsidir.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib.

Azərbaycan və İran xalqlarını ortaq mənəvi dəyərlərin birləşdirdiyini deyən nazir qeyd edib ki, ölkələrimiz arasında əlaqələr bu gün ən yüksək səviyyəyə qalxıb. Nazir deyib: "Son 4 ildə investisiya, ticarət sahəsində inkişaf əldə olunub. 2017-ci ildə ticarət dövriyyəsi 30 faiz artıb. Dünən Astara-Astara dəmir yolu xətti üzrə ilk sınaq yük qatarı İrana yola salınıb. İranda yük terminalının tikintisinə başlanılıb. Bundan başqa, ölkələrimiz arasında humanitar, təhsil, mədəniyyət sahələrində də əlaqələr inkişaf edir”.

Şahin Mustafayev qeyd edib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir. Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini diqqətə çatdıran nazir ölkələrimiz arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərinin olduğunu söyləyib. O, energetika, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Azərbaycana rəsmi səfər edəcək

 

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Arxiyepiskop Paul Riçard Gallagher 9-12 fevral tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri Xiyaban və Şəhidlər Xiyabanına, Müqəddəs Məryəm katolik kilsəsi, Təzəpir məscidinə ziyarəti və başqa tədbirlərin təşkil edilməsi planlaşdırılır.

“44” hər yerdən görünəcək 19 okt 2021, 10:00 Bu gün ÇL-də 8 matç var 19 okt 2021, 08:00 Nəsiminin icra başçısı istintaqda dindirilib 18 okt 2021, 18:34 Azərbaycanda bu işçilərin maaşı artıb 18 okt 2021, 18:12 Əli Əsədov bu qərara DƏYİŞİKLİK ETDİ 18 okt 2021, 17:17 Xəzərdə zəlzələ oldu 18 okt 2021, 16:57 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi 18 okt 2021, 16:39 Selçuk Bayraktarın atası vəfat etdi - FOTO 18 okt 2021, 14:25 "Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur" - İlham Əliyev 18 okt 2021, 14:05 "Üç rəngli bayrağınla çox yaşa, can Azərbaycan!” - Çavuşoğlu 18 okt 2021, 13:41 "Bizim üçün əsas müstəqillik bayramı 28 May Günüdür" - İlham Əliyev 18 okt 2021, 13:13 "Tarixi Qələbəmiz regionun inkişafında yeni dövrün başlanğıcıdır" - Dövlət başçısı 18 okt 2021, 12:18 İlham Əliyev və Mehriban Əliyeva Füzuli aeroportunda - FOTOLAR 18 okt 2021, 12:06 Prezident İlham Əliyev xalqa MÜRACİƏT ETDİ 18 okt 2021, 11:47 1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq - RƏSMİ 18 okt 2021, 11:27 Nazirlər Kabineti artımlarla bağlı təklifləri bu tarixədək təqdim edəcək 18 okt 2021, 11:25 “Qızıl Amnistiya” gəlir: 15 min məhkuma şamil ediləcək 18 okt 2021, 10:15 Pensiyalar və maaşlar artdı: nə qədər alacaqsınız? - VİDEO 18 okt 2021, 09:49 Rusiyada məktəbdə atışma oldu 18 okt 2021, 09:09 DAHA BİR BÖHRAN: Evlərin qiyməti niyə artır... - GƏLİŞMƏ 18 okt 2021, 08:54 Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi 18 okt 2021, 08:41 Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür 18 okt 2021, 08:25 Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı 16 okt 2021, 18:05 Yoluxanların sayı açıqlandı 16 okt 2021, 17:53 Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM 16 okt 2021, 17:42