Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
23-06-2018, 15:40 Oxunub: 211

İrəvanın Kremlə qarşı “U gedişi” – qorxulu NATO oyunu, Qarabağa şans pəncərəsi

İrəvanın Kremlə qarşı “U gedişi” – qorxulu NATO oyunu, Qarabağa şans pəncərəsi














İşğalçı ölkədən Rusiyaya qarşı növbəti de-marş; Putinə sədaqət andı içən Nikol Paşinyan Alyansın sammitinə hazırlaşır; Ermənistan özünü təzədən "satışa” çıxarır, Moskvanın və Bakının reaksiyası nə olacaq?..
Ermənistanın yeni baş naziri Nikol Paşinyan hələ ki Rusiya ilə Qərb arasında vurnuxmaqdadır. Bir "əli” ilə Rusiyadan tutub, o biri "əlini” Qərbin sıxacağına ümid edən Paşinyan hazırda buna necə nail olmağın yolunu arayır. Çünki indilikdə Azərbaycana qarşı durmaq üçün işğalçı ölkədən ötrü ən optimal yol bu görünür. Orta perspektivdə isə sözsüz ki, əsas hədəfi Avropa, ABŞ-dır.

Bu arada N.Paşinyanın iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətində olması haqda xəbər yayılıb. "Yeni Müsavat” "Report”a istinadla bildirir ki, bu barədə "Jamanak” qəzeti yazıb. "Ermənistan baş nazirinin NATO sammitində iştirakı çox vacibdir. Ermənistan KKTMT üzvü olsa da, rəsmi İrəvan NATO-nu tərəfdaş təşkilat və ölkənin təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq kimi görür”, - deyə Ermənistan hökumətindəki mənbələrdən biri bildirib.

Fikir verildisə, Paşinyan hökumətində NATO artıq Ermənistanın "təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq və tərəfdaş təşkilat” kimi qəbul olunur. Halbuki belə bir təhlükəsizlik qarantını Ermənistana illərdir məhz Rusiya təmin edir. Nəinki təmin edir, Ermənistan Moskvanın regionda əsas hərbi qalası, faktiki, quberniyasıdır. İndi bu reallığın fonunda iddia eləmək ki, NATO Ermənistanın təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş və etibarlı müttəfiqdir, bu, artıq Rusiyanın bostanına daş atmaq deməkdir, ona qarşı növbəti de-marşdır.    

Qeyd edək ki, az öncə N.Paşinyan rəhbərlik etdiyi hökumətin ölkənin xarici siyasət kursunu dəyişmək fikrində olmadığını, Rusiya ilə bağlanan  bütün beynəlxalq müqavilələrə sadiq olduğunu deyib. Ola bilsin, bu, "iki stulda” oturmaq siyasəti aparan erməni baş nazirin Rusiyaya hesablanmış növbəti nəbz yoxlanışı, yaxud günün birində Ermənistanın öz ağasını asanca Qərbə dəyişəcəyi fikrinə rəsmi Moskvanı indidən psixoloji cəhətcə hazırlamaq cəhdidir. Yəni açıq-aşkar görünür ki, işğalçı ölkə Paşinyanın hakimiyyətə gəlişli ilə özünü təzədən satışa çıxarmaq istəyir - həm də daha baha qiymətə.

Hər halda, öz komandasını müstəsna olaraq, "Amerika uşaqları”ndan, hətta Rusiyaya nifrət bəsləyənlərdən (məsələn, təhsil naziri) quran, Rusiyanın adamlarını isə vəzifələrdən qovan (məsələn, Baş Qərargah rəisi Movses Akopyan) Nikol Paşinyanın Kremlə gizli kin-nifrət bəslədiyinə, qərbçi olduğuna ekspertlər əmindir. Moskvada da artıq bunu bilirlər. Sadəcə, Rusiyanı satmaq üçün münasib zəmin yetişmədiyi üçün Paşinyan əlüstü Soçidə Putinə sədaqət andı içdi, Ermənistanın bundan sonra da Rusiyanın siyasi və hərbi orbitində qalacağına söz verdi.

Ancaq Rusiya Rusiya olmazdı əgər, ermənilərin xəyanətini elə-belə bağışlayaydı. Ən azı, o səbəbə ki, Qafqazda aborigen millət olmayan ermənilərə dövləti məhz Rusiya qurub və günü bu gün də onlar məhz rusların himayəsi altında bölgədə separatçılıq və işğalçılıq siyasəti aparırlar. Bu reallığın kənarında erməni regionda at oynada bilməz.     

Görək Moskvanın naşükür ermənilərin "U gedişi”nə reaksiyası nə olacaq. Hələ ki Putinin başı futbol üzrə Dünya Çempionatına qarışıb. Bu, blokada şəraitində olan Rusiya üçün beynəlxalq imic məsələsidir. Odur ki, çempionat müddətində Rusiya xüsusilə öz periferiyası boyu gərginlik yaranmasında maraqlı deyil. Amma elə iyulun ortalarında - NATO sammitindən bir neçə gün sonra beynəlxalq futbol yarışı bitəcək. Bu da o anlama gəlir ki, Rusiya lideri üçün Ermənistanın "nala-mıxa vuran” baş nazirinə ağrılı qulaqburması verməsi üçün heç bir subyektiv əngəl qalmayacaq.

*****

Məsələyə rəsmi Bakının reaksiyası da maraqlı ola bilər. Hələ ki Azərbaycan prezidentinin NATO sammitində iştirak edib-etməyəcəyi barədə məlumat yoxdur. Ancaq İlham Əliyev Alyansın sammitinə qatılsa da, qatılmasa da, bu, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməz. Çünki Rusiyaya münasibətdə ikiüzlü və nankor siyasət aparan İrəvandan fərqli olaraq, balanslı xarici siyasət yürüdən Bakı Moskva ilə münasibətlərdə daima səmimi və açıqdır.

Ermənistan isə "örtülü bazar”a girişib. "Örtülü bazar da ki, dostluğu pozar”. Bu, gec-tez olacaq. Ona görə ki, N. Paşinyanı bəh-bəhlə hakimiyyətə gətirən xarici qüvvə ona vəd elədiyi böyük maliyyə dəstəyinin qarşılığında mütləq seçim tələb edəcək.

Əlavə edək ki, Azərbaycan prezidenti NATO sammitinə qatılmamaqla Paşinyanı Moskva qarşısında bir az da qəliz duruma sala, onu Kremlin qəzəbinə daha tez tuş edə bilər. Ermənistanın populist baş nazirinə qarşı ən effektli "peyvənd”in tətbiqi üçün isə Azərbaycan ordusunun Qarabağda irəliləməsinə cəmi 4-5 günlük fürsət tanımaq kifayət edər.

Doğrudur, Bakı Moskvanın bunu ilk növbədə öz maraqları naminə edəcəyini nəzərə almalı olacaq. Ancaq bizim üçün nə fərqi? Əsas odur ki, işğaldakı torpaqlarımız azad olunsun. Yolu önəmli deyil. Necə deyərlər, bu, elə məsələdir ki, hədəf istənilən vasitəni doğruldur...
XƏBƏR LENTİ
23:00 | Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb 22:45 | Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi 22:30 | Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı 22:15 | Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı 20:43 | Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI 17:41 | Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib - Ermənilərdən etiraf 17:28 | "Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?" 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO 16:41 | Bakıda alkoqol aludəçisinin meyiti tapılıb 16:40 | “Azərişıq” ASC-nin əməkdaşı iş yoldaşının telefonunu oğurlamaqda şübhəli bilinir 16:14 | Bakı Şəhər Baş Polis İdarəsi ayaqları zəncirlənən azyaşlı ilə bağlı AÇIQLAMA yaydı 16:00 | BAKIDA ŞOK HADİSƏ: Azyaşlı uşağın ayaqlarını bir-birinə zəncirləyib evdə tək qoydular - FOTOFAKT 15:38 | Ermənistanda ZİDDİYƏT ARTIR - Yaxın günlərdə.... 15:04 | Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb 14:47 | Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür? 14:30 | Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su Azərbaycanda oxunacaq 14:14 | "Arzumuz, xəyallarımız baş tutmadı" — Rəşad Atakişiyevin həyat yoldaşından ÜRƏK PARÇALAYAN SÖZLƏR 13:55 | "SƏMALARDAN BOYLANAN ŞƏHİDİM TƏBRİZ MUSAZADƏ" adlı 1-ci filmin nümayişi təqdim olundu 13:26 | Orxanın təhsil haqqı ödənildi - FOTO 13:03 | Bu, ədəbsizlikdir - Bəhruz Quliyev 12:28 | Avtomobil bazarında son QİYMƏT