22 Noyabr 2020, Bazar
8 apr 2021, 08:33 | Siyasət
Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə... – İKİ ADDIM

 

Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə... – İKİ ADDIM
44 günlük Vətən müharibəsi bitdikdən sonra Ermənistanda təkcə Azərbaycanla deyil, Türkiyə ilə də münasibətlərin normallaşmasından danışmağa başladılar. Ermənistanın yüksək çinli məmurları Türkiyə ilə əlaqələrin bərpası üçün müxtəlif səpkili fikirlər səsləndirirlər.

Ancaq eyni zamanda İrəvan Ankaraya qarşı əsassız iddialar irəli sürməyə davam edir. Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyan "İnterfaks”-a verdiyi müsahibədə Ankaranın İrəvana qarşı təcavüzkar siyasətini dəyişdirməli olduğunu iddia edib.

Paşinyan Ermənistan-Türkiyə sərhədinin rəsmi Ankara tərəfindən hələ 1993-cü ildə birtərəfli olaraq bağlandığını xatırladıb: "Ermənistan hər zaman Türkiyə ilə münasibətlərin ilkin şərtlər olmadan normallaşdırılması mövqeyini müdafiə etdi, ancaq bu təşəbbüslər Türkiyənin özü tərəfindən rədd edildi”.

elə çıxışlar etməzdən əvvəl Paşinyan keçən il "Sevr müqaviləsi və erməni məsələsi” mövzusunda elmi konfrans iştirakçılarına öz müraciətini xatırlatmalıdır. "Ermənistan Respublikası sənəddə göstərilən sərhədlər daxilində (Sevr müqaviləsi - red.) tam hüquqlu üzv və beynəlxalq münasibətlərin bərabər hüquqlu subyekti kimi tanındı” deyə Paşinyan müraciətində vurğulamışdı.

Onun fikrincə, Sevr müqaviləsi heç vaxt həyata keçirilməməsinə baxmayaraq, Ermənistan dövlətçiliyinin bərpasına gedən yolu əks etdirən tarixi bir həqiqət kimi mövcuddur.

Əslində, Paşinyan bu çıxışla Ermənistanın Türkiyə ilə müasir sərhədini şübhə altına aldı. Bundan əlavə, Ermənistanın hazırkı rəhbərliyi 1921-ci il Qars müqaviləsinin müddəalarının tanınmasını hələ də elan etməyib. Məsələn, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına cəhd edilərkən, ölkələr arasında diplomatik münasibətlərin qurulması barədə bir saziş hazırlanarkən, Ermənistan Xarici İşlər Nazirliyinin o zamankı rəhbəri Edvard Nalbandyan demişdi ki, "İrəvanla Ankara arasında Diplomatik Münasibətlərin Qurulması Protokoluna uyğun olaraq, Ermənistanın Türkiyənin dövlət sərhədini tanıması Qars müqaviləsinin Ermənistan tərəfindən tanınmasını nəzərdə tutmur”.

Qars müqaviləsinin şərtlərinin Ermənistan tərəfindən qəbul edilməməsi İrəvanın hələ də Türkiyə ilə müasir sərhədi tanımaması və Ankaraya qarşı ərazi iddialarında qalması deməkdir. Bu vəziyyəti nəzərə alaraq Ankaranın İrəvana qarşı təcavüzkar siyasət nümayiş etdirdiyini iddia etmək düzgündürmü?

Türkiyə 1991-ci ilin dekabrında Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu. Lakin diplomatik münasibətlər qurmaq üçün aparılan danışıqlar digər keçmiş Sovet ölkələri ilə olduğu kimi rəvan getmədi, çünki Türkiyənin ortaq sərhədin tanınması tələbi Ermənistan tərəfindən qəbul edilmədi.

1992-ci ilin qışında Dağlıq Qarabağ münaqişəsinin aktivləşməsi ilə Türkiyə Ermənistanı Azərbaycanın iqtisadi blokadası və eyni vaxtda Gürcüstan ərazisindən keçən tranzit yollarının bağlanması nəticəsində yaranan çətin iqtisadi vəziyyətdən xilas etmək üçün beynəlxalq səylərə qoşulmasını qəbul etdi. 1992-ci ilin noyabr ayında Türkiyə ərazisindən Ermənistana 100 min ton buğdanın daşınmasını və iki ölkəni birləşdirən enerji sistemi ilə təcili elektrik enerjisi tədarükünü qəbul etdi. Lakin Azərbaycanda keçirilən etiraz aksiyalarından sonra elektrik enerjisi təchizatı ləğv edildi. Və 3 aprel 1993-cü ildə Azərbaycanın Kəlbəcər bölgəsinin erməni işğalı səbəbindən Türkiyə hökuməti Ermənistanla sərhədin bağlanmasına qərar verdi.

Ermənistan Türkiyənin sərhədlərinin bağlanmasının qanuniliyini mübahisələndirir və bunu "blokada” və ya "embarqo” adlandırır. Eyni zamanda İrəvan Ankaranın siyasətinin Qars müqaviləsinin müddəalarına zidd olduğunu iddia edir. Qəribə bir mənzərə ortaya çıxır. Ermənistan Qars müqaviləsinin müddəalarını tanımır, ancaq bu sənədi Türkiyə ilə sərhədlərin açılması üçün bir arqument kimi istifadə edir.

Eyni şey 2009-cu ildə bağlanan Sürix Protokollarına da aiddir. Ermənistan Konstitusiya Məhkəməsi iki ölkə arasında "Diplomatik əlaqələrin qurulması haqqında” və "Əlaqələrin inkişafı haqqında” protokolların imzalanmasından üç ay sonra qərar verdi ki, protokollarda nəzərdə tutulam müddəlar ölkənin Konstitusiyasının preambulasının müddəalarına və Ermənistanın "İstiqlal Bəyannaməsi”nin 11-ci bəndinin tələblərinə zidd olan bir şəkildə traktovka edilə bilməz.

Sözügedən bənddə "Ermənistan Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir” deyilir. Başqa sözlə, Ermənistan Türkiyə ilə münasibət qurması üçün ilkin şərtləri irəli sürdü. Bununla əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyi bu addımın Sürixdə imzalanan protokolların ruhu və məzmununa zidd olduğunu vurğulayan bir bəyanat yaydı. Sənəddə Türk səlahiyyətliləri protokolların müddəalarına sadiq qaldıqlarını təkrarladılar və bu çağırışa məhəl qoymayan Ermənistanı da buna çağırdılar.

Yuxarıda deyilənlərdən aydın olur ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün İrəvana ilk növbədə öz Konstitusiyasının və "İstiqlal Bəyannaməsi”nin müddəalarını dəyişdirmək lazımdır. Biz hələ "Erməni soyqırımı qurbanlarının hüquqlarının və qanuni mənafelərinin bərpasını” tələb edən Pan-Erməni Bəyannaməsini demirik. Yalnız bundan sonra Paşinyan cəsarətlə iddia edə bilər ki, Ermənistan Türkiyə ilə münasibətləri ilkin şərtlər olmadan normallaşdırmağın tərəfdarı kimi çıxış edir. //ayna.az//

Ramazan ayının yeddinci gününün imsak, iftar və namaz vaxtları - FOTO 19 apr 2021, 23:09 Türkiyənin yeni səfiri Bakıya gəldi - PAYLAŞIM / FOTOLARv 19 apr 2021, 23:00 Bu ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 19 apr 2021, 19:30 UEFA rəhbəri: “Superliqada oynayacaq furbolçular Dünya və Avropa çempionatlarında iştirak etməyəcəklər” 19 apr 2021, 19:14 Magistratura səviyyəsi üzrə yeni maliyyələşmə mexanizmi - QƏRAR 19 apr 2021, 18:52 “Sülhməramlıların” həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər! 19 apr 2021, 18:24 İşğaldan azad olunmuş İsmayılbəyli kəndi - VİDEO 19 apr 2021, 18:06 Nazirdən yüksək vəzifəyə TƏYİNAT 19 apr 2021, 17:57 Mayın 9-dan 16-dək ölkədə avtobuslar işləməyəcək 19 apr 2021, 17:29 BDU-nun dosenti koronavirusdan öldü - FOTO 19 apr 2021, 17:11 Son sutkada yoluxanların sayı açıqlandı 19 apr 2021, 16:52 Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırılıb 19 apr 2021, 16:32 İlham Əliyev Bakıda parkın təmirinə beş milyon manat ayırdı - SƏRƏNCAM 19 apr 2021, 16:17 Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi 19 apr 2021, 15:55 Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM 19 apr 2021, 15:46 Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib - FOTO 19 apr 2021, 15:24 İlham Əliyev üç ölkəyə səfir təyin etdi - SƏRƏNCAM 19 apr 2021, 15:11 Anar Məhərrəmov səfir postundan geri çağırıldı - Prezidentdən yeni TƏYİNAT 19 apr 2021, 14:59 Prezident Ramiz Həsənova yeni vəzifə verdi 19 apr 2021, 14:48 Sabah 30 dərəcə isti olacaq 19 apr 2021, 13:33 Prezident fərman imzaladı 19 apr 2021, 13:25 Vəzifəli şəxs torpaq satdığı üçün həbs edildi 19 apr 2021, 12:55 İlham Əliyev fərman imzaladı: Yeni agentlik yaradılır 19 apr 2021, 12:33 Bir qrup valideyn Təhsil Nazirliyinin qarşısına toplaşdı 19 apr 2021, 12:19 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı - RƏSMİ 19 apr 2021, 11:53