22 Noyabr 2020, Bazar
27 yan 2021, 14:31 | Siyasət
Prezident: “Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”

 

Prezident: “Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”

 

 

Şuşanın qorunması ilə bağlı müvafiq göstərişlər verilib. Azərbaycan hərbçiləri Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar və saxlayacaqlar. Şuşada komendantlıq yaradılıb və indi isə mülki idarəetmə institutu yaradılır. Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. 

Bu sözləri Prezident İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib:

 

"Çünki Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir. Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Mən artıq bir müddət bundan əvvəl Şuşaya mütəxəssislərdən ibarət böyük bir qrup ezam etmişdim. Onların arasında siz də var idiniz və vəziyyətlə tanış oldunuz. Bu qrup bir neçə gün Şuşada qalıb, bütün təftiş, təhlil işlərini aparıb və mənə məruzə edib. Şuşanın bərpası bunun əsasında aparılacaqdır.

Eyni zamanda, biz, əlbəttə ki, Şuşanın bərpadan sonrakı həyatını da geniş müzakirə edəcəyik. Mən artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmişəm. Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni, Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır”.


Portuqaliya - Azərbaycan oyunu “Yuventus”un stadionunda keçiriləcək 3 mar 2021, 23:16 İrana səfər etməyin şərtləri AÇIQLANDI 3 mar 2021, 23:00 8 martda ictimai nəqliyyat işləməyəcək - Rəsmi 3 mar 2021, 22:33 Mübariz Mənsimov sərbəst buraxıla bilər - İstanbul Baş Prokurorluğu tələb etdi 3 mar 2021, 20:02 Nazirlikdən hərbçilərin maaşı ilə bağlı daha bir - Açıqlama 3 mar 2021, 19:44 Mövlud Çavuşoğlunun təyyarədə səmimi anları - Video 3 mar 2021, 19:24 DİM-dən magistratura imtahanında müzakirələrə səbəb olan sualla bağlı - Açıqlama 3 mar 2021, 18:42 İlham Əliyev: “Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb” 3 mar 2021, 18:21 Prezident: “Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək” 3 mar 2021, 17:55 Venesuela səfiri Sahibə Qafarova ilə görüşdə “dostluq qrupu” ilə bağlı məsələ qaldırdı 3 mar 2021, 17:38 Ağdamda vəzifəli şəxs minaya düşdü - Yenilənib 3 mar 2021, 17:10 Prezident Pakistanın hərbi nümayəndə heyətini videoformatda qəbul etdi 3 mar 2021, 16:57 Son sutkada ölənlərin sayı artdı 3 mar 2021, 15:11 Bu müəssisələrdən Rusiyaya pomidor və alma ixracına icazə verildi - Siyahı 3 mar 2021, 14:47 Sabah bu ərazilərə qar yağacaq - PROQNOZ 3 mar 2021, 14:23 Koronavirusa yoluxan Dilavər Əzimli vəfat etdi 3 mar 2021, 13:49 ​Bu ay işsizlərə 190 manat birdəfəlik ödəmə veriləcək? - RƏSMİ AÇIQLAMA 3 mar 2021, 13:19 Nazirlər Kabinetinin qərarı ilə "Bakı Metropoliteni" hərəkətə keçdi 3 mar 2021, 13:09 İcra başçısı Ziya Məmmədova vəzifə verdi - YENİ TƏYİNATLAR 3 mar 2021, 12:35 Yol nişanları tərsinə dönərsə... - Aidiyyəti qurumlardan reaksiya + FOTO 3 mar 2021, 12:15 Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb 3 mar 2021, 11:09 DİN-dən quzu gəzdirənlər haqda açıqlama 3 mar 2021, 10:52 Dünya bazarında neft bahalaşıb 3 mar 2021, 10:24 Mərkəzi Klinikada karantin qaydaları pozulur – FOTO 3 mar 2021, 09:57 “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 3 mar 2021, 09:40