22 Noyabr 2020, Bazar
12 okt 2021, 11:00 | Mədəniyyət
"Vəziyyət ürəkaçan deyil" - DYP-dən MÜRACİƏT


"Vəziyyət ürəkaçan deyil" - DYP-dən MÜRACİƏT

 


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi yol-nəqliyyat hadisələri ilə bağlı ictimaiyyətə müraciət edib.

İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin  verdiyi məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illər ərzində paytaxt ərazisində xeyli işlər görülsə də, yol-nəqliyyat hadisələrinin statistikası üzərində aparılan təhlillər onu göstərir ki, vəziyyət ürəkaçan deyil:

"Hətta olduqca ciddidir. Belə ki, 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır. Yəni paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır. Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib. Piyada səhlənkarlığı və sürücü diqqətsizliyi hər il ağır yol-nəqliyyat hadisələrinin baş verməsi və insan ölümü ilə nəticələnir ki, bu da bizi, eləcə də ictimaiyyəti ciddi şəkildə narahat edir.

Aparılan nəzarət-profilaktik, eləcə də hərəkətin təhlükəsizliyinin təbliğinə yönəlmiş tədbirlərin daha səmərəli və təsiredici olması məqsədi ilə bütün kütləvi informasiya vasitələrinə, ictimai nüfuzlu şəxslərə, müxtəlif sosial şəbəkə platformasında aktiv olan vətəndaşlarımıza, blogerlərə, xüsusi ilə piyada təhlükəsizliyi ilə bağlı təbliğat işlərində bizə dəstək olmalarını, daha fərqli və təsiredici metodlarla cəmiyyətin hər bir üzvünün diqqətinin bu məsələlərə çəkməklə dəstək olmalarını xahiş edirik. Hər birimiz yol hərəkətinin iştikaçısıyıq. Yol hərəkəti təhlükəsizliyinin təminatı aidiyyət qurumların fəaliyyət istiqaməti olmaqla yanaşı, cəmiyyətin bütün üzvlərinin həyatının bir hissəsidir”.

"Gəlin, bir-birimizə qarşı laqeyd olmayaq, yol hərəkəti təhlükəsizliyi marafonuna qoşulaq! Bütün gücümüzü səfərbər etməklə həmrəylik nümayiş etdirək. Dövlət Yol Polisi hərəkətin təhlükəsizliyinə dair istənilən təbliğat-təşviqat xarakterli təşəbbüsü öz səlahiyyətləri və imkanları çərçivəsində dəstəkləyir və bu sahədə ictimai məsuliyyət hissinin formalaşdırılmasına töhfə vermək istəyən hər bir şəxsə tam dəstəyini verməyə hazırdı”, - o vurğulayıb.

Bu gün ÇL-də 8 matç var 19 okt 2021, 08:00 Nəsiminin icra başçısı istintaqda dindirilib 18 okt 2021, 18:34 Azərbaycanda bu işçilərin maaşı artıb 18 okt 2021, 18:12 Əli Əsədov bu qərara DƏYİŞİKLİK ETDİ 18 okt 2021, 17:17 Xəzərdə zəlzələ oldu 18 okt 2021, 16:57 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi 18 okt 2021, 16:39 Selçuk Bayraktarın atası vəfat etdi - FOTO 18 okt 2021, 14:25 "Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur" - İlham Əliyev 18 okt 2021, 14:05 "Üç rəngli bayrağınla çox yaşa, can Azərbaycan!” - Çavuşoğlu 18 okt 2021, 13:41 "Bizim üçün əsas müstəqillik bayramı 28 May Günüdür" - İlham Əliyev 18 okt 2021, 13:13 "Tarixi Qələbəmiz regionun inkişafında yeni dövrün başlanğıcıdır" - Dövlət başçısı 18 okt 2021, 12:18 İlham Əliyev və Mehriban Əliyeva Füzuli aeroportunda - FOTOLAR 18 okt 2021, 12:06 Prezident İlham Əliyev xalqa MÜRACİƏT ETDİ 18 okt 2021, 11:47 1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq - RƏSMİ 18 okt 2021, 11:27 Nazirlər Kabineti artımlarla bağlı təklifləri bu tarixədək təqdim edəcək 18 okt 2021, 11:25 “Qızıl Amnistiya” gəlir: 15 min məhkuma şamil ediləcək 18 okt 2021, 10:15 Pensiyalar və maaşlar artdı: nə qədər alacaqsınız? - VİDEO 18 okt 2021, 09:49 Rusiyada məktəbdə atışma oldu 18 okt 2021, 09:09 DAHA BİR BÖHRAN: Evlərin qiyməti niyə artır... - GƏLİŞMƏ 18 okt 2021, 08:54 Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi 18 okt 2021, 08:41 Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür 18 okt 2021, 08:25 Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı 16 okt 2021, 18:05 Yoluxanların sayı açıqlandı 16 okt 2021, 17:53 Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM 16 okt 2021, 17:42 Tarif Şurası qazın da qiymətini QALDIRDI 16 okt 2021, 15:24